"Təkcə apreldə 13 milyon manatlıq istehsala tam və yaxud qismən ziyan dəyib"
Təkcə aprel ayında Aqrar Sığorta Fonduna edilən müraciətlər deməyə əsas verir ki, ölkədə sığortalanmış 13 milyon manatlıq istehsala tam və yaxud qismən ziyan dəyib.
Bunu Milli Məclisin Aqrar siyasət komitəsində "Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər" mövzusunda bu gün keçirilən ictimai dinləmədə Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib.
O qeyd edib ki, bu ay baş verən təbiət hadisələri istehsalçıları maliyyə itkiləri ilə üz üzə qoyub: "İlin əvvəlindən isə artıq 26 milyon manatlıq istehsala ziyan dəyməsi ilə bağlı müraciətlər olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur".
F.Sadıqovun sözlərinə görə, aqrar sığorta modelinin müsbət nəticələri qısa müddətə baxmayaraq artıq göz qabağındadır: "2024 cü il aqrar sığorta sitemi üçün kütləviləşmə ili olub. Hazırda ölkənin kənd təsərrüfatı təyinatlı ərazilərinin 30 %-i, yəni 450 000 hektarı sığorta təminatı altına alınıb. Eləcədə bitkiçilik üzrə aqrar istehsalın 8 %-i sığortalanıb və fondun üzərinə götürdüyü sığorta öhdəlikləri 450 milyon manat təşkil edib. Bağladığımız müqavilələrin sayı 57 minə çatıb, zərər ödənişlərimiz isə 15 milyon manatı ötüb".
O, qeyd edib ki, sığorta hadisələrinə görə ödənilən təzminatlar ildən ilə artır, bu da zərərçəkənlərə fəaliyyətlərini bərpa etməyə və kənd təsərrüfatı fəaliyyətlərini əhəmiyyətli axsamalar olmadan davam etdirməyə imkan verib.
"Yalnız son iki ildə fermerlərə ödənilmiş təzminatların həcmi 12 milyon manat təşkil edib. Bu da, öz növbəsində, Azərbaycanda aqrar sektorun ümumi artımına və inkişafına, daha dayanıqlı kənd təsərrüfatı mənzərəsinin formalaşmasına töhfə verib. Eyni zamanda, sistemin kapitallaşması davam edir və maliyyə dayanıqlığı kifayyət qədər sabitdir. Belə ki, fondun aktivləri 9 milyon manatdan 30 milyon manata çatıb və fondun öhdəliklərini icra etməyə kifayyət qədər likvid aktivləri mövcuddur",- deyə o vurğulayıb.
© "Report"

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Shopify-da necə satışa başlamaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznes qurmaq üçün nə lazımdır?
Digital Card nədir?