"Tələb olunan ödənişlərin gömrük orqanlarına aidiyyəti yoxdur"
Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı:
Sosial şəbəkələrdə ölkəyə idxal olunan nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi zamanı əlavə ödənişlərin tələb olunmasına dair məlumatlar paylaşılır.
Dövlət Gömrük Komitəsi bildirir ki, ölkə ərazisinə gətirilən nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi zamanı gömrük orqanları tərəfindən alınan gömrük ödənişləri idxal gömrük rüsumu, aksiz vergisi, ƏDV, gömrük yığımları, vəsiqə və elektron gömrük haqqıdır. Gömrük rəsmiləşdirilməsi zamanı alınan ödənişlər xaricində tələb olunan ödənişlərin gömrük orqanlarına aidiyyəti yoxdur.
Onu da qeyd edək ki, gömrük orqanları tərəfindən toplanan və ya alınması gömrük orqanlarına həvalə edilən ödənişlər nağdsız qaydada həyata keçirilir. / marja.az
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd
Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb
2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla
Ölkəyə 5 min ton daha az düyü gətirilib
2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın