Təmassız Azəriqaz ödənişləri də indi ABB mobile-da
(®) ABB mobile artıq 200-dən çox ödəniş xidmətini müştərilərinə təqdim etməklə vətəndaşların kommunal, rüsum, kredit və s. ödənişlərini rahatlaşdırır. Bu gündən isə ABB mobile-da Azəriqaz-ın smart kartlarına təmassız ödəniş funksiyası da aktivdir.
Apple (iOS) istifadəçiləri ABB mobile ilə Gallus smart kartlarının, Android istifadəçiləri isə Gallus və Zenner kartlarının balansını artıra bilərlər. İndiyə qədər bu əməliyyat üçün müxtəlif ödəniş terminallarına yaxınlaşmaq lazım gəlirdi.
ABB mobile tətbiqində yaradılmış bu imkandan faydalanmaq üçün istifadəçi kommunal ödənişlərdən Azəriqaza keçid edib, Gallus və ya Zenner kartları üzrə ödəniş etmək üçün kartı telefonun arxa hissəsinə yaxınlaşdıraraq istədiyi məbləği daxil edir. ABB mobile vasitəsilə təmassız şəkildə həm yeni ödəniş aparmaq, həm də ödənişi bərpa etmək olar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. / marja.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
IBAN nədir?
Onlayn biznes növləri
Proqramçılar üçün TOP-5 Freelance sayt
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Cash Back nədir?