Tikinti sektoruna verilən kreditləri kəskin artıb

Tikinti sektoruna verilən kreditləri kəskin artıbAzərbaycanda tikinti sektoruna verilən kreditlər sürətlə artıb.
Marja.az Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, 2026-cı ilin avqust ayının sonunda banklar və qeyri-bank təşkilatlarının inşaat və tikinti sektoruna kreditləri 2 milyard 619,7 milyon manata çatıb.
İyulun sonunda göstərici 2 milyard 561,4 milyon manat idi. Bir ayda artım 58,3 milyon manat və ya 2,3% olub.
2025-ci ilin sonunda tikinti sektorunun kredit portfeli 1 milyard 866,1 milyon manat təşkil edib. Cəmi 8 ay ərzində artım 753,6 milyon manat və ya 40,4% təşkil edib.
İllik müqayisədə isə artım daha yüksəkdir. 2025-ci ilin avqustunda portfel 1 milyard 814,6 milyon manat idi. Bir ildə kreditlər 805,1 milyon manat və ya 44,4% artıb.
31 avqust 2026-cı il tarixində inşaat və tikinti sektorunda fəaliyyət göstərən hüquqi şəxslərə banklar tərəfindən verilən kreditlər 2 milyard 122,7 milyon manata çatıb.
Marja.az Azərbaycan Mərkəzi Bankının "Statistik bülleten"inin 2026-cı ilin avqust buraxılışına istinadən xəbər verir ki, iyulla müqayisədə artım 60,1 milyon manat və ya 2,9% olub. 2025-ci ilin sonundan portfel 815,6 milyon manat və ya 62,4% böyüyüb.
2025-ci ilin avqustundakı 1 milyard 166 milyon manatla müqayisədə isə artım 956,7 milyon manat və ya 82% təşkil edib.  
Dövlət tikinti müəssisələrinə kreditlər 27 dəfə artıb
Tikinti sektorunda dövlət müəssisələrinə verilmiş kreditlərin həcm 31 avqust 2026-cı il tarixində 795 milyon manat təşkil edib. İyulla müqayisədə artım 58,8 milyon manat və ya 8%-dir. 2025-ci ilin sonundakı 26,6 milyon manatla müqayisədə portfel 768,4 milyon manat və ya 2 888,7% artıb.
Ötən ilin avqustundakı 29,1 milyon manatla müqayisədə artım 765,9 milyon manat və ya 2 632% təşkil edib.    
Özəl tikinti şirkətlərinin kreditləri 1,33 milyard manata çatıb
Özəl tikinti sektoruna kreditlər bir ildə 191 milyon manat artıb. 31 avqust 2026-cı il tarixində özəl tikinti müəssisələrinə kreditlər 1 milyard 327,7 milyon manat təşkil edib. İyulla müqayisədə artım 1,2 milyon manatla məhdudlaşıb. 2025-ci ilin sonundan portfel 47,3 milyon manat və ya 3,7% artıb. 2025-ci ilin avqustuna nəzərən isə artım 190,8 milyon manat və ya 16,8% olub.

Banklar     Tarix: 04 oktyabr 2026

Oxşar xəbərlər

Bank of Baku-da hüquqi şəxslərə özəl depozit – 11%-dək gəlir

Ölkənin seçilən banklarından olan Bank of Baku biznes sahiblərinə öz maliyyə vəsaitlərini dəyərləndirmək və gəlir mənbəyinə çevirmək fürsəti təqdim edir. Belə ki, HÜQUQİ ŞƏXSLƏR öz sərbəst vəsaitlərini Bank of Baku-da depozi

Texnologiyada qadın gücü: Bir "Ctrl is hers" qalibləri üçün təlimlərə başlayıb

Bir ekosisteminin qadınların texnologiya sahəsində bilik və bacarıqlarını inkişaf etdirməsinə və bu istiqamətdə karyera imkanları qazanmasına dəstək məqsədilə həyata keçirdiyi "Ctrl is hers" proqramında 66 iştirakç

Yapı Kredi Bank Azərbaycan yeni "Premium Mastercard World Elite" kartını təqdim edir

Yapı Kredi Bank Azərbaycan müştərilərinə premium imtiyazları və xüsusi bankçılıq təcrübəsini bir araya gətirən yeni Premium Mastercard World Elite kartını təqdim edir. Yeni kart səyahət zamanı rahatlıq və üstün xidmətlərdə

Sənaye sektoruna verilən kreditlər avqustda cüzi artıb

2026-cı ilin avqust ayının sonunda sənaye və istehsal sektoruna verilmiş kreditlərin ümumi həcmi 1 milyard 691,7 milyon manat olub. Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, bu göstərici iyulda 1 milyard 651,6 milyo

İnternet bankçılıq dövriyyəsi bir ayda 7,25 milyard manat azalıb

2026-cı ilin Avqust ayında internet bankçılıq vasitəsilə əməliyyatların sayı avqustda 2 milyon 762 min olub. Azərbaycan Mərkəzi Bankının "Statistik bülleten"inin 2026-cı ilin avqust buraxılışına istinadən xəbə

ABŞ-da ipoteka faizləri son üç ilin maksimumuna yüksəlib – 5,34

ABŞ-da istiqraz bazarında satışların davam etməsi ipoteka faizlərini son üç ilin ən yüksək səviyyələrinə qaldırıb. 30 illik sabit ipoteka faizinin orta göstəricisi oktyabrın 1-də 7,54% olub. "CNBC"yə istinadən xəbə

"Meqa Həyat Sığorta" yığımlarını təxminən ikiqat artırıb

"Meqa Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–avqust aylarında yığımlarda bazarın ən yüksək artım templərindən birini nümayiş etdirib. Azərbaycan Mərkəzi Bankının operativ məlumatları əsasında hesablayıb ki, şirkə

DSMF əməkhaqqı və ödənişlər üçün 55 milyon manatlıq bank xidməti alacaq

DSMF bank xidmətləri üçün 55 milyon manatlıq tender elan edib. xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondu (DSMF) əməkhaqqı və digər ödənişlərin nağdsız həyata keçirilməsi üçün bank xidmətlərinin satın alınması ilə bağl

Yaşam sığortasında ödənişlər yığımları keçib– 562 milyon manata çatıb

Azərbaycanda həyatın yaşam sığortası üzrə sığorta ödənişləri 2026-cı ilin yanvar-avqust aylarında kəskin artıb. Azərbaycan Mərkəzi Bankının operativ məlumatlarına istinadən xəbər verir ki, cari ilin ilk 8 ayında həyatın yaşa


iqtisadi xeberler dollarin kursu bu gun dollar məzənnəsi bitkoin biznes qurmaq