Tokayev: Azərbaycan üzərindən tranzit olunan neftin həcmi 1,5 milyon ton təşkil edib
Ötən il Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranziti demək olar 1,5 milyon ton təşkil edib.
Bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında deyib.
"Məmnunluqla qeyd edirəm ki, Bakı–Tbilisi–Ceyhan marşrutu ilə Qazaxıstan neftinin nəqli sahəsində birgə fəaliyyət uğurla davam edir. Ötən il bu strateji xammalın Azərbaycan ərazisindən tranziti demək olar ki, 1,5 milyon ton təşkil edib.
Yaxın gələcəkdə bu həcmin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır. Milli enerji sistemlərimizin inkişafına güclü təkan verməli olan dərin dəniz elektrik kabeli layihəsi "yaşıl enerji"nin ixracında mövqelərimizi xeyli gücləndirəcək.
Həmçinin, Qazaxıstanın uran məhsullarının Azərbaycan ərazisindən keçməklə xarici bazarlara tədarükü istiqamətində də böyük işlər görülür. Bu kontekstdə, Azərbaycanın hörmətli Prezidentinə bütün əsas təşəbbüslərə və layihələrə göstərdiyi dəstəyə görə təşəkkürümü bildirmək istəyirəm", – Qazaxıstan Prezidenti bildirib.
Qazaxıstan lideri İT sektorunda geniş əməkdaşlıq imkanlarının açıldığını da vurğulayıb: "Qazaxıstan rəqəmsal dövlət xidmətlərinin tətbiqi və İT texnologiyaların inkişafı sahəsində təcrübə qazanıb. Bu istiqamətdə birgə layihələrin reallaşdırılmasına hazırıq. Danışıqlar zamanı Xəzər dənizinin dibi ilə optik-fiber rabitə xəttinin çəkilməsi layihəsinin sürətləndirilməsinin vacibliyi vurğulanıb. Hökumətlərə layihənin ən qısa müddətdə tam hazır vəziyyətə gətirilməsi ilə bağlı tapşırıqlar verildi". / marja.az

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
Biznes təlimlər və tədris üsulları
Whatsapp biznesin üstünlükləri nələrdir?
ZARA-nın uğur hekayəsi
CV hazırlayarkən buraxılan 5 səhv
Biznes plan necə yazılır?