Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib
ABŞ Prezidenti Donald Tramp ABŞ dollarının çox dəyər itirdiyi fikri ilə razılaşmadığını, dolların "əla vəziyyətdə" olduğunu bildirib.
Marja.az xəbər verirk i, Tramp Ayova ştatında jurnalistlərə açıqlamasında ABŞ dollarının dəyəri ilə bağlı fikirlərini səsləndirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Dolların ucuzlaşması ilə bağlı suala cavab verən Tramp, onun fikrincə, dolların həddindən artıq dəyər itirmədiyini deyib.
Tramp, "Xeyr, məncə əladır. Gördüyümüz işlərə baxın. Xeyr, dollar çox yaxşı gedir", – deyə qeyd edib.
Çin və Yaponiyanın valyutalarını devalvasiya etmək istədiklərini xatırladan Tramp, bu səbəbdən keçmişdə həmin ölkələrlə ciddi mübarizə apardığını bildirib. O vurğulayıb ki, bu, ədalətli deyil, çünki onlar valyutalarının dəyərini aşağı saldıqda rəqabət daha da çətinləşir.
Tramp qeyd edib ki, dollar hazırda öz real səviyyəsini tapmağa çalışır və bunun ədalətli proses olduğunu bildirib.
ABŞ Prezidenti, "(Dolları) yo-yo kimi (klassik oyuncaq - red) yuxarı və ya aşağı hərəkət etdirə bilərdim", – deyə əlavə edib.
Trampın açıqlamalarından sonra ABŞ dollarının avro, İsveçrə frankı, Yapon yeni, Kanada dolları, Britaniya funt sterlinqi və İsveç kronu qarşısındakı dəyərini ölçən dollar indeksi 95,6 səviyyəsinə enərək son 4 ilin ən aşağı həddini görüb.
Beynəlxalq bazarlarda avro/dollar məzənnəsi isə 1,20 səviyyəsinə yüksələrək 2021-ci ildən bəri ən yüksək göstəriciyə çatıb.

Advisory Banking: Biznesin ehtiyacını anlayan bank modelinə doğru
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb
AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir
Microsoft-dan güclü süni intellekt noutbuku: 2 599 dollara satışa çıxır
ABB 12 ay faizsiz ödəniş imkanı yaradan "TamKart Max" kredit kartını təqdim etdi! ®
"Bitcoin"in qiyməti yenidən - 85 min dolları ötüb
"Bitcoin" 83 min dollardan aşağı düşüb - SON QİYMƏT
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
ABB Özbəkistandakı bank alışında KPMG ilə çalışıb
Yatırım olmadan necə biznes qurmaq olar?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Whatsapp biznesin üstünlükləri nələrdir?