Tramp ABŞ-ni "dünyanın kriptopaytaxtı" edəcək - QƏRARINI AÇIQLADI
ABŞ Prezidenti Donald Tramp ölkənin kriptovalyuta ehtiyatının yaradılacağını elan edib. Bu ehtiyata "Bitcoin", "Ethereum", "Solana" (SOL), "Ripple" şirkətinin XRP-si, "Cardano" (ADA) və digər "qiymətli" rəqəmsal aktivlər daxil olacaq.
Assosiasiya: "Qiymətli kağızlar bazarı haqqında" yeni qanun hazırlanır
FED.az xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb.
"ABŞ-nin kriptoehtiyatı bu kritik sənayeni Bayden administrasiyasının illərlə davam edən korrupsion hücumlarından sonra yüksəldəcək. Buna görə də rəqəmsal aktivlər barədə fərmanım prezidentin işçi qrupuna XRP, SOL və ADA-nı ehtiva edən kriptostrategiya ehtiyatı üzrə irəliləməyi tapşırıb. Mən ABŞ-nin dünyanın kriptopaytaxtı olmasını təmin edəcəyəm", – Tramp vurğulayıb.
O, növbəti paylaşımında əlavə edib ki, Amerika kriptoehtiyatına "Bitcoin", "Ethereum" və digər "qiymətli" valyutalar da daxil olacaq.
ABŞ liderinin sadaladığı kriptovalyutalar kəskin bahalaşıb. ADA 60 %, XRP 33 %, SOL 25 % artıb. "Ethereum" və "Bitcoin" isə müvafiq olaraq 13 % və 10 % dəyər qazanıb.(Report)
"Bitcoin" 80 min dollardan aşağı düşüb - SON QİYMƏT
Son sutkada kriptovalyuta bazarında qarışıq dinamika müşahidə olunub. xəbər verir ki, CoinMarketCap platformasında "Bitcoin"in qiyməti son 24 saatda 1,19% azalaraq 79 662,81 ABŞ dolları təşkil edib. "Ethereum"u
"Bitcoin" 77 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyəti bahalaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 1,26% bahalaşaraq 77 327,45 ABŞ dollarına yüksəlib
"Bitcoin"in qiyməti yenidən - 85 min dolları ötüb
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyətində bahalaşma qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin"in qiyməti son 24 saatda 2,13% artaraq 85 369,3
"Bitcoin" 2%-dən çox ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutkada əsas aktivlərin əksəriyyətində qiymət enişi qeydə alınıb. xəbər verir ki, bazarın lideri olan Bitcoin (BTC) son 24 saatda 2,09% ucuzlaşaraq 62 965,94 ABŞ dollarına enib. Əsas altkoinlərdə
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Bitcoin"in qiyməti son 8 ayın maksimum səviyyəsinə yüksəlib. xəbər verir ki, dünyanın əsas kriptovalyutası 3,7 faizdən çox artaraq 84 min 129 dolları keçib. "Bitcoin"in qiyməti cümə günündən bəri artı
Bitkoin bahalaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə qarışıq dinamika qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında Bitkoin son 24 saatda 0,17% bahalaşaraq 77 682,59 ABŞ dollarına yüksəlib