"Turan Bank" ilk 6 ayı xalis mənfəət ilə başa vurub

"Turan Bank" ASC 2024-cü ilin ilk 6 ayını (yanvar-iyun) 852 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ilin eyni dövrünü mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara daha böyük məbləğdə vəsaitin ayrılması ilə əlaqədar olaraq 14 milyon 786 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, bu il "Turan Bank" xalis mənfəət ilə fəaliyyət göstərir.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2024-cü ilin ilk 6 ayında 2023-cü ilin ilk 6 ayı ilə müqayisədə "Turan Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 8 milyon 563 min manat və ya 19,7% artaraq 52 milyon 74 min manat, əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 1 milyon 449 min manat və ya 3,5% artaraq 43 milyon 248 min manat təşkil edib. Gəlirlərdəki artımın xərclərdəki artımdan yüksək olması ilə əlaqədar olaraq Bankın əməliyyat mənfəəti 7 milyon 114 min manat artaraq 8 milyon 826 min manat təşkil edib (2023-cü ilin ilk 6 ayında 1 milyon 712 min manat )
BANK BÖYÜYÜB
2024-cü ilin yanvar-iyun dövründə, ötən ilin sonu ilə müqayisədə "Turan Bank"ın cəmi aktivləri 48 milyon 999 min manat və ya 6% artaraq 871 milyon 772 min manata yüksəlib.
2024-cü ilin yanvar-iyun dövründə, ötən ilin sonu ilə müqayisədə "Turan Bank"ın kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 15 milyon 610 min manat və ya 2,5 % artaraq 644 milyon 966 min manata çatıb. O cümlədən, istehlak kreditləri portfeli 2 milyon 133 min manat artaraq 144 milyon 715 min manata, biznes kreditləri portfeli 7 milyon 728 min manat artaraq 375 milyon 359 min manata, ipoteka kreditləri portfeli 5 milyon 748 min manat artaraq 124 milyon 891 min manata qalxıb.
2024-cü ilin yanvar-iyun dövründə, ötən ilin sonu ilə müqayisədə  "Turan Bank"ın cəmi öhdəlikləri 47 milyon 650 min manat və ya 6,4% artaraq 789 milyon 778 min manata çatıb. O cümlədən öhdəliklərin 454 milyon 228 min manatını depozitlər, 275 milyon 821 min manatını "Mərkəzi bank və dövlət fondları qarşısında" və "Kredit təşkilatları və digər maliyyə institutları qarşısında" öhdəliklər təşkil edib.
MƏCMU KAPİTALI DA ARTIB
30 İyun 2024-cü il tarixində "Turan Bank" ASC 102 milyon 697 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 85 milyon 116 min manat məcmu kapitala malik idi.

Banklar     Tarix: 16 iyul 2024

Oxşar xəbərlər

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl


iqtisadi xeberler leobank kart valyuta mezennesi valyuta kurslari telefonla pul qazanmaq