TuranBank 2023-cü ilin yekun nəticələrini elan edib

TuranBank 2023-cü ilin yekun nəticələrini elan edibÖlkənin aparıcı banklarından biri olan "TuranBank" ASC 2023-cü ilin yekunlarına əsasən maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, 2023-cü ilin yekunlarına görə TuranBank-ın cəmi aktivləri 822.8 mln. manata çatıb.
Bankın müştərilərə verilmiş kreditləri 14.7% və ya 80.9 mln. manat artaraq 629.4 mln. manat olub, o cümlədən biznes müştərilərinə verilmiş kreditləri 17.1% və ya 53.8 mln. manat artaraq 367.6 mln. manat təşkil edib. Bankın depozit portfelinin həcmində də artım müşahidə olunub. Belə ki, 2023-cü ilin sonuna cəmi depozit portfeli keçən ilin müvafiq dövrü ilə müqayisədə 6.9% və ya 29.6 mln. manat artaraq 458.9 mln. manat, fiziki şəxslərin depozitləri isə 20.3% və ya 66.7 mln. manat artaraq 394.6 mln. manat təşkil edib. 
Bildirilib ki, TuranBank institusional inkişaf və biznes subyektlərinin maliyyələşdirilməsi üzrə kredit xətlərinin cəlb edilməsi istiqamətində digər beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Belə ki, Bank Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB),  Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), EMF Mikromaliyyə Fondu, Incofin İnvestisiya Fondu, ECO Ticarət və İnkişaf Bankı (ECO TDB), Sparkassenstiftung və s. kimi nüfuzlu maliyyə institutları ilə Kiçik və Orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olub.
İl ərzində TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində "YAŞAT" Fondunun təşkilatçılığı ilə həyata keçirilən "YAŞAT" idman düşərgəsinə maliyyə dəstəyi göstərərək şəhid və qazi övladlarının arzularını gerçəkləşdirib. Həmçinin ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini davam etdirən Bank Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı təşkil olunmuş ağacəkmə aksiyasına qoşulub.
Hesabat dövründə TuranBank özünün xidmət şəbəkəsinin inkişafı strategiyasına uyğun olaraq iki yeni satış nöqtəsini - Fəvvarələr Şöbəsi və Qaradağ filialını fərdi və korporativ müştərilərin istifadəsinə verib. Bundan başqa, TuranBank rəqəmsallaşmanın genişlənməsi istiqamətində addımlar ataraq məsafədən göstərilən xidmətlərin əhatə dairəsini genişləndirib. Belə ki, 2023-cü il ərzində Bank mobil əlavəsi üzərindən "Apple Pay", "Google Pay", "TezÖdə", "Zolotaya Korona", "Ölkəxarici pul köçürmələri", "ƏDV geri al", " PIN kodu özün təyin et" kimi xidmətləri müştərilərin ixtiyarına verib. / marja.az

Banklar     Tarix: 15 yanvar 2024

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz


iqtisadi xeberler depozit faizleri valyuta mezennesi leobank kart kicik biznes