TuranBank 2024-cü ilin 1-ci rübünün nəticələrini elan etdi

TuranBank 2024-cü ilin 1-ci rübünün nəticələrini elan etdiAzərbaycanın maliyyə sektorunda fəaliyyətini daha da genişləndirməyə davam edən TuranBank ASC 2024-cü ilin I rübünün maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, 1 aprel 2024-cü il tarixinə TuranBank-ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 7.4% və ya 61 mln. manat artaraq 883.7 mln. manat olub.
TuranBank 2024-cü ilin 1-ci rübünün nəticələrini elan etdiHesabat dövründə Bank qarşıya qoyulan strateji hədəfinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini daha da artırıb. Belə ki, Bankın müştərilərə verilmiş kreditləri ötən ilin analoji dövrü ilə müqayisədə 13.5% və ya 75.7 mln. manat artaraq 635 mln. manat, biznes müştərilərinə verilmiş kreditləri isə 15.7% və ya 50 mln. manat artaraq 369.6 mln. manat təşkil edib.
Bankın cəmi depozit portfeli ötən ilin sonu ilə müqayisədə 0.7% və ya 3 mln. manat artaraq 461.9 mln. manat, o cümlədən fiziki şəxslərin depozitləri 1.9% və ya 7.6 mln. manat artaraq 402.2 mln. manat olub ki, bu da müştərilərin Banka inamının yüksək olmasının göstəricisidir. 
Bununla yanaşı ölkəmizdə sahibkarlığın, xüsusilə də kənd təsərrüfatının inkişafına və maliyyələşməsinə daima dəstək olan, özəl sektorun inkişafına öz töhfəsini verən TuranBank III Aqrobiznesin İnkişafı Forumunda "2023-cü ildə mikrokreditləşmədə rəqabətliyin artımına ən çox töhfə verən bank" nominasiyasında mükafat qazanıb.
Hesabat dövründə TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində Zaqatala rayonunda yerləşən heyvan sığınacağını ziyarət edərək heyvanları qida, tibbi ləvazimatlar və digər bütün zəruri ehtiyaclarla təmin edib, həmçinin bütün satış nöqtələrinin qarşısında soyuq, qarlı havadan müdafiə olunması məqsədilə sahibsiz küçə pişiklər üçün evciklər quraşdırılmasını və onların daim yem, su ilə təmin olunmasını həyata keçirib. Təsadüfi deyil ki, Bank Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən "Bankçılıq Mükafatları - 2023" tədbirində "Korporativ sosial məsuliyyət" və "Özünüməşğulluq Proqramında iştirak" nominasiyaları üzrə mükafatla təltif edilib. 
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 21 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir.  / marja.az

Banklar     Tarix: 16 aprel 2024

Oxşar xəbərlər

Azərbaycan banklarına "Moody"s"dən müsbət qiymət: Sistem riskləri azalıb

"Moody"s" Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib. "Moody"s Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib

ABB Pay-lə yeni rəqəmsal ödəniş dövrü başlandı

ABB rəqəmsal maliyyə xidmətləri sahəsində inteqrasiya proseslərini uğurla davam etdirərək müştərilər üçün yeni imkanlar yaradır. Bank innovativ rəqəmsal ödəniş üsulu olan ABB Pay-i istifadəyə verib. Yeni həll elektron ticarə

AccessBank-ın səhmdarları Bank Respublika-da 25 faiz pay sahibi olacaqlar

AccessBank-ın mövcud səhmdarları Bank Respublika-nın nizamnamə kapitalında ümumilikdə 25 faiz pay əldə edəcəklər. xəbər verir ki, bu, Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tuta

Mərkəzi Bankında departamentin adı dəyişdirilib, yeni şöbə yaradılıb

Azərbaycan Mərkəzi Bankının (AMB) Bazar davranışlarının tənzimlənməsi departamentinin adı Bazar davranışlarına nəzarət və tənzimləmə departamentinə dəyişdirilib. Məlumaat görə, yeni departementin direktoru da əvvəlki kim

Enerji xərclərinizi "Unibank"la azaldın

Evinizdə və ya biznesinizdə enerji xərclərini azaltmaq istəyirsiniz? "Unibank" enerji effektivliyi layihələri üçün yeni güzəştli kredit imkanı təqdim edir. Bank Enerji Effektivliyi Fondunun vəsaiti hesabına bu layihələr

Bir 1000-dən çox gənci "Spark "26" festivalında bir araya gətirdi

Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemi olan Bir 100-dən çox gənci Azərbaycanın ilk tələbə-texnologiya festivalı – "Spark "26"da bir araya gətirib.  Festivalda texnologiya, data və süni intellek

ABB Maliyyə Qrupunun tərkibinə keçdikdən sonra Davr Bankın beynəlxalq reytinqləri yüksəldi

Davr Bankın əsas nəzarət-səhm paketinin ABB-yə keçməsindən sonra Bankın beynəlxalq reytinqləri yüksəlməyə başlayıb. S&P beynəlxalq reytinq agentliyi Davr Bankın uzunmüddətli kredit reytinqini B pilləsindən B+ pilləsin

İrlandiyadan Azərbaycana pul köçürmələri 7 dəfədən çox artıb

2026-cı ilin ilk 6 ayında xaricdən Azərbaycana fiziki şəxslərin göndərdiyi pul baratlarının ümumi məbləği 40.2% artaraq 748.46 milyon dollara çatıb. Ötən ilin müvafiq dövründə bu göstərici 533.96 milyon dollar təşkil etmişdi

İnflyasiya düşdü, amma Mərkəzi Bankın əsas işi qabaqdadır

Azərbaycanda illik inflyasiya avqust ayında 5,7%-ə düşüb. Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2026-cı ilin avqustunda istehlak qiymətləri ötən ilin eyni ayı ilə müqayisədə 5,7% artıb. İyul ayınd


iqtisadi xeberler bitcoin qiymeti rubl mezenne kicik biznes valyuta kurslari