TuranBank 2024-cü ilin 1-ciI yarısının nəticələrini elan edib

TuranBank 2024-cü ilin 1-ciI yarısının nəticələrini elan edibÖlkənin aparıcı banklarından biri olan TuranBank ASC 2024-cü ilin 1-ci yarısının yekunlarına əsasən maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb.

Bankın yaydığı press-relizdə bildirilir ki, 2024-cü ilin 1-ci yarısının yekunlarına görə TuranBank-ın cəmi aktivləri 872 mln. manata çatıb.
Bankın kredit portfeli ötən ilin analoji dövrü ilə müqayisədə 12.1% və ya 69.4 mln. manat artaraq 645 mln. manat, o cümlədən biznes müştərilərinə verilmiş kreditləri 13.4% və ya 44.5 mln. manat artaraq 375.4 mln. manat təşkil edib. Bankın depozit portfeli 454 mln. manat, fiziki şəxslərin depozitləri isə 0.5% və ya 2.1 mln. manat artaraq 389.6 mln. manat təşkil edib.
Qeyd edilib ki, 2024-ci il II rübü ərzində TuranBank institusional inkişaf və biznes subyektlərinin maliyyələşdirilməsi üzrə kredit xətlərinin cəlb edilməsi istiqamətində digər beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirib. Belə ki, TuranBank ASC və Asiya İnkişaf Bankı (AİB) arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini həyata keçirmək məqsədilə saziş imzalanıb. Yeni saziş çərçivəsində AİB "Ticarət və Təchizat Zəncirinin Maliyyələşdirilməsi Proqramı"na (TSCFP) TuranBank ASC-ni daxil edərək ticarət maliyyələşdirilməsi üzrə zəmanət limiti təsdiqləyib. Bununla yanaşı hesabat dövründə Bank Amerika Birləşmiş Ştatlarının (ABŞ) beynəlxalq ödəniş və hesablaşmalar sahəsində aparıcı banklarından hesab olunan HAB Bankla əməkdaşlıq çərçivəsində ABŞ dollarında müxbir hesabı açaraq müştərilərinin xarici valyuta əməliyyatlarının daha asan və sürətli həyata keçirməsini təmin edib. Qeyd edək ki, TuranBank-ın HAB Bank ilə əldə etdiyi bu saziş beynəlxalq pulköçürmələri xidmətlərinin inkişafına, beynəlxalq hesablaşmalar sahəsində fəaliyyətin genişləndirilməsinə, həmçinin bankın qlobal maliyyə arenasında statusunun möhkəmlənməsinə xidmət edir.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. TuranBank-ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək,  TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz. / marja.az

Banklar     Tarix: 15 iyul 2024

Oxşar xəbərlər

Enerji xərclərinizi "Unibank"la azaldın

Evinizdə və ya biznesinizdə enerji xərclərini azaltmaq istəyirsiniz? "Unibank" enerji effektivliyi layihələri üçün yeni güzəştli kredit imkanı təqdim edir. Bank Enerji Effektivliyi Fondunun vəsaiti hesabına bu layihələr

AccessBank-ın səhmdarları Bank Respublika-da 25 faiz pay sahibi olacaqlar

AccessBank-ın mövcud səhmdarları Bank Respublika-nın nizamnamə kapitalında ümumilikdə 25 faiz pay əldə edəcəklər. xəbər verir ki, bu, Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tuta

Borcları yığan şirkətdə gələn həftə yeni səhmdarlar bəlli olacaq

"KollektA" ASC səhmlərini Bakı Fond Birjasında (BFB) yerləşdirəcək. BFB-nin Listinq Komitəsinin 10 sentyabr 2026-cı il tarixli qərarı ilə şirkətin səhmlərinin ticarətə buraxılmasına icazə verilib. xəbər verir ki

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA

"Bank Respublika" ASC və "Access Bank" QSC-nin səhmdarları "Bank Respublika"nın "Access Bank"ın səhmlərinin 100 %-ni almasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər

6 500 Milliön terminalında Birbank əməliyyatları komissiyasızdır

Birbank müştəriləri bir çox gündəlik bank əməliyyatlarını rəqəmsal kanallarla yanaşı, ölkənin ən geniş ödəniş terminalı şəbəkəsi olan Milliön terminallarında da komissiyasız həyata keçirə bilərlər. Paytaxt Bakı ilə yanaşı

ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya

Futbol üzrə Dünya Çempionatı dövründə böyük maraqla qarşılanmış "Qollar qazandırır!" kampaniyasının ardınca futbol mövsümü ərəfəsində  ABB yeni bir kampaniyaya start verir. "ABB Play – Master Liqa" adlana

BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) problemli kreditləri ilə əlaqədar yeni qaydaların hazırlanması üzərində işləyir. Bunu AMB-nin Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarə

Azərbaycanda bank və ödəniş sektorları bir-birinə rəqib olacaq

Aərbaycanda banklar və ödəniş bazarı iştirakçıları (elektron pul və ödəniş təşkilatları – fintexlər) arasında əməkdaşlığın dayandırılması, iki sektor arasında sağlam və ədalətli rəqabət mühitinin formalaşdırılması müzakir

Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT )öhdəliklərinin kapitala nisbəti ilə bağlı üç hədd müəyyən edilib. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentini


iqtisadi xeberler kicik biznes avtomobil xeberleri investisiya leobank kart