"TuranBank" mənfəət edib, gəlirləri artıb
"TuranBank" ASC 2024-cü ilin 1-ci rübünü 112 min manat mənfəətlə başa vurub.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
GƏLİRLƏRİ ARTIB
Yanvar-mart aylarında "TuranBank"ın gəlirləri 25 milyon 250 min manat (illik müqayisədə 20.2% çox), xərcləri 21 milyon 397 min manat təşkil edib.
BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB
Bu il aprelin 1-nə "TuranBank"ın aktivləri 883 milyon 681 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 7.4% çoxdur. Bunun 635 milyon 32 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, Bankın kredit portfeli 0.9% böyüyüb.
Hesabat dövründə "TuranBank"ın öhdəlikləri 802 milyon 732 min manat, o cümlədən depozit portfeli 461 milyon 883 min manat, balans kapitalı isə 80 milyon 949 min manat olub.

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Dünyanın ən zəngin idmançıları
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
1000 manatla hansı biznesi qurmaq olar?
Bitcoin necə işləyir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt