"TuranBank"ın 3-cü rübdə mənfəəti 36% artıb
"TuranBank" cari ilin yanvar-sentyabr aylarını 2 milyon 172 min manat xalis mənfəətlə başa vurub. Keçən ilin müvafiq dövründə bankın xalis mənfəəti 1 milyon 602 min manat təşkil etmişdi. Beləliklə, bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 36% və ya 570 min manat artıb.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Hesabat dövründə bankın faiz gəlirləri 13% artaraq 75 milyon 109 min manatdan 84 milyon 622 min manata çatıb. Bu artımda əsas pay müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirlərinin payına düşüb (69.16 milyon manatdan 78.86 milyon manata yüksəlib).
2026-cı ilin 30 sentyabr tarixinə "TuranBank"ın ümumi aktivləri 909 milyon 718 min manat təşkil edib. Bu, ötən ilin sonu ilə (907 milyon 176 min manat) müqayisədə 0.3% artım deməkdir. Bankın müştərilərə verdiyi kreditlər (məcmu kredit portfeli) 669 milyon 812 min manat təşkil edib.
"TuranBank"ın məcmu kapitalı 1.5% artaraq 106 milyon 417 min manata çatıb (ötən ilin sonunda: 104 milyon 806 min manat).

"TikTok"la "Instagram"a girişdə problem yarandı
Bir rəqəmsal bankçılıq təcrübəsini "Istanbul Fintech Week" tədbirində təqdim edib
Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək
Mərkəzi Banka yeni səlahiyyət verilir
Xalq Bankın "Əmanət" lotereyasının 2-ci tirajında qaliblər müəyyən oldu
"Azərbaycan Sənaye Bankı"nın 5.4 mln. manat xalis mənfəət əldə edib
"Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz buna baxa bilərik"
Kapital Bank-ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6% artıb
Dünyada ən çox oxunan 5 kitab
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Whatsapp biznesin üstünlükləri nələrdir?
Biznes qurmaq üçün nə lazımdır?
Biznes nədir?