"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb

"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb"Turanbank" ASC 2026-cı ilin ilk rübünü (yanvar-mart) 2 milyon 879 min manat xalis mənfəət ilə başa vurub. Bank 2025-ci ilin ilk rübünü 1 milyon 216 min manat xalis mənfəət ilə bağlamışdı.

Beləliklə, "Turanbank"ın xalis mənfəəti 2026-cı ilin 1-ci rübündə ötən ili eyni dövrü ilə müqayisədə 1 milyon 663 min manat və ya 137% (2,4 dəfə) artıb. Bankın xalis mənfəətinin artmasına əməliyyat mənfəətindən mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılan məbləğin 1 milyon 569 milyon azalması səbəb olub.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Biznes.az xəbər verir ki, 2026-cı ilin ilk rübündə "Turanbank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 34 milyon 472 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 27 milyon 502 min manat, əməliyyat mənfəəti 6 milyon 970 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 4 milyon 90 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin ilk rübündə "Turanbank" 6 milyon 875 min manat əməliyyat mənfəətindən 5 milyon 659 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmışdı.

2026-cı ilin ilk rübündə "Turanbank"ın cəmi əməliyyat gəlirləri 5 milyon 991 min manat, əməliyyat xərcləri isə 5 milyon 997 min manat artıb. Qısası, xərclərdəki artım gəlirlərdəki artımı demək olar ki silib.

KREDİT PORTFELİ BÖYÜYÜB

"Turanbank"ın cəmi aktivləri 2025-ci ilin sonu ilə müqayisədə 5 milyon 897 min manat azalaraq 901 milyon 279 min manata düşüb. Bankın kredit portfeli isə (müştərilərə verilmiş kreditlər) 3 milyon 781 min manat və ya 0,5% artaraq 709 milyon 834 min manata çatıb. Kredit portfelinin böyüməsi istehlak kreditlərinin artması ilə bağlıdır.

MƏCMU KAPİTALI ARTIB

31 Mart 2026-cı il tarixində "Turanbank" 116 milyon 438 min manat məcmu kapitala malik olub. Bank 2025-ci ilin sonunda 115 milyon 717 min manat məcmu kapitala malik idi.
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb

Banklar     Tarix: 15 aprel 2026

Oxşar xəbərlər

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib

Azərbaycandakı banklar 2026-cı ilin yanvar-sentyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 1 milyard 130 milyon manatlıq faiz ödəyiblər. Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərclər

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

Bu sığorta şirkəti topladığından daha çox sığorta ödənişi həyata keçirib

"Atəşgah Həyat" Sığorta Şirkəti 2026-cı ilin yanvar–sentyabr aylarında topladığı sığorta haqlarından daha çox sığorta ödənişi həyata keçirib. -ın hesablamalarına görə, şirkətin sığorta ödənişləri 2025-ci ilin

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz


iqtisadi xeberler valyuta kurslari leobank kart bu gunun xeberleri bitkoin qiymeti