Türk Dövlətlərinin Bank Birlikləri Şurası yaradılıb
Azərbaycanın iştirakı ilə Türkiyənin İstanbul şəhərində Türk Dövlətlərinin Bank Birlikləri Şurasının yaradılması ilə bağlı imzalanma mərasimi keçirilib.
Məlumata görə, mərasimdə Türkiyə Banklar Birliyinin (TBB) İdarə Heyətinin sədri Alpaslan Çakar, "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin prezidenti Zakir Nuriyev, Qazaxıstanın Banklar Assosiasiyasının İdarə Heyətinin sədr müavini Marat Baytokov, Qırğızıstanın Banklar Birliyinin İdarə Heyətinin sədr müavini Ənvər Abdraev, Özbəkistanın Banklar Birliyinin xarici əlaqələr üzrə direktoru Tahir Babamuradov iştirak edib. Bundan başqa, Gürcüstan Banklar Assosiasiyasının İdarə Heyətinin sədri Aleksandr Dzneladze, Şimali Kipr Banklar Assosiasiyasının İdarə Heyətinin sədri Olgun Önal və Macarıstan Banklar Assosiasiyasının baş katibi Levente Kovacs tədbirə müşahidəçi qismində qatılıb.
Şura Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hüquqi normativlərinə, beynəlxalq konvensiyalara və nizamnamələrə uyğun fəaliyyət göstərəcək. Şura çərçivəsində rəqəmsal bankçılığın inkişafı, iqlim və ekoloji risklərlə mübarizə, ödəniş ekosistemlərinin yayılması kimi məsələlərdə əməkdaşlıq nəzərdə tutulub. / banker.az

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Onlayn biznes növləri
Dünyanın ən zəngin idmançıları
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Proqramçılar üçün TOP-5 Freelance sayt
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?