Türkiyə bankı Azərbaycanda böyüməyi və qazanmağı bacarır

Türkiyə bankı Azərbaycanda böyüməyi və qazanmağı bacarırTürkiyənin dövlət bankı "Ziraat Bankası"nın Azərbaycanda törəmə təşkilatı olan "Ziraat Bank Azərbaycan" ASC 2023-cü il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "Ziraat Bank Azərbaycan" ASC 2023-cü ili 8 milyon 512,6 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ili 7 milyon 559,4 min manat xalis mənfəət ilə bağlamışdı.
Beləlikə, "Ziraat Bank Azərbaycan" ASC-nin xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 953,2 min manat və ya 12,6% artıb.
GƏLİRLƏRİ ARTIB
2023-cü ildə "Ziraat Bank Azərbaycan"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 57 milyon 937,1 min manat, cəmi əməliyyat xərcləri  (faiz və qeyri-faiz xərcləri) 33 milyon 13,6 min manat, gəlirlər xərclərini üstələdiyindən əməliyyat mənfəəti 24 milyon 923,5 manat təşkil edib. Bank əməliyyat mənfəətindən 14 milyon 282,8  min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb və 2 milyon 128,1 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə "Ziraat Bank Azərbaycan"ın cəmi əməliyyat gəlirləri 42 milyon 819,3 min manat, cəmi əməliyyat xərcləri 23 milyon 883,2 min manat, əməliyyat mənfəəti 18 milyon 936,1 min manat, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılan vəsait 9 milyon 486,7 min manat, ödənilən mənfəət vergisi 1 milyon 889,9 min manat təşkil etmişdi.
Ötən il "Ziraat Bank Azərbaycan"ın faiz gəlirləri 44,4% artaraq 42 milyon 792,9 min manat, qeyri-faiz gəlirləri 14,9% artaraq 15 milyon 144,2 min manat təşkil edib. 2023-cü ildə "Ziraat Bank Azərbaycan"ın digər banklarda yerləşdirditi depozitlərdən faiz gəlirləri 9 dəfə artaraq 8 milyon 338,7 min manat təşkil edib. 
CƏMİ AKTİVLƏRİ 100 MİLYON MANATDAN ÇOX ARTIB
2022-ci ilin sonu ilə müqayisədə 2023-cü il ərzində "Ziraat Bank Azərbaycan"ın cəmi aktivləri 107 milyon 785 min manat və ya 20,4% artaraq 636 milyon 685 min manata çatıb. Bank 2022-ci ilin sonunda 528 milyon 899 min manat cəmi aktivlərə malik idi.
DİGƏR BANKLARDAKI DEPOZİTLƏRİNİ 6 DƏFƏ ARTIB
Ötən il "Ziraat Bank Azərbaycan"ın kredit portfeli (müştərilərə verilən kreditlər) 73 milyon 362 min manat və ya 23,1% artaraq 390 milyon 942 min manata, digər banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitləri 64 milyon 970 min manat və ya 6 dəfə artaraq 77 milyon 882 min manata, qiymətli kağızlara investisiyaları 16 milyon 217 min manat və ya 53% artaraq 46 milyon 798 min manata yüksəlib.
BANKDA ƏHALİNİN ƏMANƏTLƏRİ ARTIB
Keçən il "Ziraat Bank Azərbaycan"ın depozit portfeli 93 milyon 616 min manat və ya 29,4% artaraq 411 milyon 422 min manata, o cümlədən fiziki şəxslərin müddətli depozitləri 45 milyon 986 min manat aratarq 145 milyon 856 min manata çatıb.
MƏCMU KAPİTALI ARTIB
31 dekabr 2023-cü il tarixində "Ziraat Bank Azərbaycan" 111 milyon 749 min manat məcmu kapitala malik olub. Bank 2022-ci ilin sonunda 102 milyon 394 min manat məcmu kapitala malik idi.
Türkiyə bankı Azərbaycanda böyüməyi və qazanmağı bacarırTürkiyə bankı Azərbaycanda böyüməyi və qazanmağı bacarırTürkiyə bankı Azərbaycanda böyüməyi və qazanmağı bacarır

Banklar     Tarix: 13 yanvar 2024

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz


iqtisadi xeberler depozit faizleri valyuta mezennesi leobank kart kicik biznes