Türkiyə ilə Portuqaliya arasındakı ticarət həcmi 3 milyard dollar səviyyəsinə çatıb

Türkiyə ilə Portuqaliya arasındakı ticarət həcmi 3 milyard dollar səviyyəsinə çatıb"Türkiyə ilə Portuqaliya arasındakı ticarət həcmi ötən il təxminən 3 milyard dollar səviyyəsinə çatıb. Bu il əhəmiyyətli bir artım müşahidə edirik və 3,5 milyard dolları aşacağıq.İlk 9 aylıq göstəricilər bunu göstərir. Gələn il üçün isə məqsədimiz ticarətimizi 4–4,5 milyard dollar aralığında artırmaqdır".

Biznes.az xəbər verir ki, bunu Ticarət naziri Prof. Dr. Ömer Bolat bildirib.

Ticarət naziri Prof. Dr. Ömər Bolat İstanbulda keçirilən Türkiyə–Portuqaliya Biznes Forumunda iştirak edib. Nazir çıxışında bildirib ki, Türkiyə–Portuqaliya ticarət diplomatiyasında növbəti uğurlu addımın yaxınlaşan JETCO toplantısı olmasını hədəfləyirlər.

Bolat deyib:

"Keçən həftə Portuqaliyaya böyük bir podratçılar heyəti göndərmişdik. Çünki portuqaliyalı dostlarımız, ölkədə növbəti 10 il ərzində 75 milyard dollarlıq infrastruktur, mənzil və telekommunikasiya sahələrində iri investisiyalar həyata keçirəcəklərini və türk iş adamlarını həm sərmayə, həm də inşaat sahəsində əməkdaşlığa dəvət etdiklərini bildirmişdilər. Heyətin səfəri çox uğurlu keçdi. Bu görüşdə də həmin mövzuları müzakirə edəcəyik. Türkiyə–Portuqaliya ticarət diplomatiyasında növbəti uğurlu addımımızın 2026-cı ilin ilk yarısında Portuqaliyada, iş dünyasının geniş iştirakı ilə keçirilməsi planlaşdırılan JETCO toplantısı olmasını istəyirik".

Nazir həmçinin qeyd edib:

"Türkiyə və Portuqaliya iki dost ölkədir. Biz bir-birimizi qonşu kimi görürük. Aralıq dənizinin qərbində Portuqaliya, ən şərqində isə Türkiyə yerləşir — Aralıq dənizinin isti iqlimini və oxşar mədəni dəyərləri paylaşan iki dost ölkə kimi qarşılıqlı hörmət və səmimiyyətlə münasibət qururuq".
Nazir Ömər Bolat, gələn il üçün hədəflərinin iki ölkə arasındakı ticarət həcmini 4–4,5 milyard dollar aralığına yüksəltmək olduğunu bildirib:

"Türkiyə ilə Portuqaliya arasındakı ticarət həcmi ötən il təxminən 3 milyard dollar səviyyəsinə çatmışdı. Bu il isə əhəmiyyətli bir artım müşahidə edirik. 3,5 milyard dollar səviyyəsini aşacağıq. İlk 9 aylıq göstəricilər bunu təsdiqləyir.
Gələn il üçün hədəfimiz 4 ilə 4,5 milyard dollar arasında ticarət həcminə çatmaqdır.
Bununla yanaşı, iki ölkə arasında, xüsusilə Portuqaliyanın güclü əlaqələrinin olduğu Latın Amerikası və Portuqal dilində danışılan Afrika ölkələri — Anqola, Mozambik və Qvineya kimi ölkələrdə birgə əməkdaşlıq imkanları mövcuddur.
Eyni zamanda, Türkiyənin güclü bağlara sahib olduğu Balkanlar, Yaxın Şərq, Şimali Afrika və Mərkəzi Asiya ölkələrində də türk və portuqaliyalı iş adamları üçün ortaq layihələr və əməkdaşlıqlar üçün böyük imkanlar var.
Türkiyədə təxminən 270 milyon dollarlıq Portuqaliya sərmayəsi mövcuddur və 80-ə yaxın müəssisə müxtəlif sahələrdə fəaliyyət göstərir. Eyni şəkildə, Türkiyənin də bir sıra mühüm markaları və şirkətləri təxminən 1,5 milyard avroluq sərmayə ilə Portuqaliyada həm istehsal, həm də ticarət fəaliyyəti göstərir və Portuqaliya istehlakçılarının tələbatını qarşılayır".

Maliyyə     Tarix: 21 oktyabr 2025

Oxşar xəbərlər

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrini

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar


iqtisadi xeberler kripto emlak xeberleri bitkoin biznes krediti