Türkiyə istehsalı mühərrik yağlarını Yaponiya istehsalı kimi təqdim edən şəxs barəsində iş qaldırıldı
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən haqsız rəqabət hallarının qarşısının alınması istiqamətində araşdırmalar davam etdirilir.
Xidmətdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olan məlumatın araşdırılması zamanı fiziki şəxs Fərzəliyev Tahir Təvəl oğlunun Türkiyə istehsalı mühərrik yağlarını idxal edərək istehlakçılara Yaponiya istehsalı kimi təqdim etməsi, eləcə də İran İslam Respublikasında istehsal olunan və ölkəmizə idxal etdiyi məhsulların qablaşdırmalarının üzərində mənşə ölkəsi barədə təhrif edilmiş məlumatların olması və bununla da haqsız rəqabətə yol verməsi əlamətləri aşkar edilib.
Araşdırmanın nəticəsi olaraq, fiziki şəxs Fərzəliyev Tahir Təvəl oğlu barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. İşə baxılmanın nəticəsindən asılı olaraq qanunamüvafiq tədbirlər görüləcəkdir.

Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Expressbank Bərdədə 300 ağac əkib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İban nədir?
Marketinq nə demədir?
IBAN nədir?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?