Türkiyə karqosu Azərbaycanın aparıcı logistik şirkətinin paylarını aldı
Aras Kargo, Azərbaycanın aparıcı logistika şirkəti Starex Global-in bütün paylarını alaraq bölgədə genişlənmə strategiyasında yeni bir mərhələyə başlayıb. Bu addımla şirkət, Mərkəzi Asiya bazarında davamlı mövqe yaratmağı və Türkiyə mərkəzli e-ticarət şirkətlərinin bölgəyə çıxışını asanlaşdırmağı hədəfləyir.
Biznes.az xəbər verir ki, qlobal bazarda təsirini artırmaq məqsədilə xaricdəki strukturunu gücləndirən Aras Kargo, beynəlxalq kargo göndərmə xidməti təqdim edən törəmə şirkəti Aras Global vasitəsilə Azərbaycanın əhəmiyyətli logistika şirkətlərindən Star Global (Starex)-in bütün paylarını alıb.
2023-cü ildə şirkətin 75%-ni əldə edərək Azərbaycan əməliyyatlarını başlatmış Aras Kargo, qalan hissələri də özünə qataraq bölgədəki fəaliyyətlərini Aras Global brendi altında birləşdirib.
Bu satın alma ilə Aras Kargo, Mərkəzi Asiya bazarındakı mövqeyini gücləndirir və Türkiyədə tətbiq etdiyi texnoloji və korporativ infrastrukturunu Azərbaycana da gətirməyə hazırlaşır. Yeni struktur çərçivəsində Starex Global artıq Aras Global ticarət adı altında fəaliyyət göstərəcək.
Aras Kargo, Avstriya, Türkiyə və Azərbaycandan rəhbərlərin iştirak etdiyi beynəlxalq idarəetmə strukturunu qoruyarkən, Azərbaycandakı yerli idarəetmə heyətini də saxlayaraq əməliyyatların davamlılığını təmin etməyi hədəfləyir. Yeni dövrdə şirkətin bölgə iştirakları Starex Azərbaycan, Aras Gürcüstan və Aras Özbəkistan brendləri ilə fəaliyyətlərini davam etdirəcək.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Layihə menecmenti nədir?
İKEA şirkətinin tarixi
Biznes plan necə yazılır?
SMM nə deməkdir?
McDonalds haqqında maraqlı faktlar