Türkiyədə Azərbaycan kapitallı şirkətlərin sayı artmaqda - DAVAM EDİR
2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyədə Azərbaycan kapitalı ilə 250 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 72 şirkət çoxdur.
FED.az xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Azərbaycan şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalıda artıb.
"Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 99,9 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 53,9 milyon türk lirəsi təşkil edib"-deyə TOBB-dan bildirilib.
TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (204) qeydiyyata alınıb.
"İstanbulda qeydiyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 76,5 milyon türk lirəsi təşkil edib" –deyə TOBB-dan bildiriblər.
Qeyd olunub ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyədə Azərbaycan kapitalı ilə 19 ixracat, 15 tikinti, 22 kargo, 130 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.
Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.
Qeyd edək ki, 2021-ci ildə Türkiyədə Azərbaycan kapitallı 153 şirkət qeydiyyatdan keçib. Onların ümumu kapitalı 42,9 milyon türk lirəsi olub.
2021-ci ildə ən çox Azərbaycan kapitallı şirkət İstanbulda qeydə alınıb. (Trend)

Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Azərbaycanda işləyən şirkətlərin çoxu qazandığı pulu yenidən yatırım edir - Mikayıl Cabbarov
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Biznes qurmaq üçün nə lazımdır?
Evdə biznes qurmağın yolları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Marketinq nə demədir?
İnvestisiyanın necə cəlb etmək olar?