Türkiyədə İran kapitallı şirkətlərin sayı - AÇIQLANIB
2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyədə İran kapitalı ilə 1 min 3 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 374 şirkət çoxdur.
FED.az xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan İran şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalı da artıb.
"Hesabat dövründə Türkiyədə qeydiyyata alınan İran şirkətlərinin məcmu kapitalı 364,4 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 145,9 milyon türk lirəsi təşkil edib"-deyə TOBB-dan bildirilib.
TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-sentyabr aylarında İran şirkətlərinin əksəriyyəti İstanbulda (861) qeydiyyata alınıb.
"İstanbulda qeydiyyatdan keçən İran şirkətlərinin ümumi kapitalı 389,9 milyon türk lirəsi təşkil edib" –deyə TOBB-dan bildiriblər.
Qeyd olunub ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyədə İran kapitalı ilə 83 ixracat, 356 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.
Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir. (Trend)

Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Azərbaycanda işləyən şirkətlərin çoxu qazandığı pulu yenidən yatırım edir - Mikayıl Cabbarov
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Biznes qurmaq üçün nə lazımdır?
Evdə biznes qurmağın yolları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Marketinq nə demədir?
İnvestisiyanın necə cəlb etmək olar?