Türkiyədə Qazaxıstan kapitallı şirkətlərin sayı - ARTIR
2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyədə Qazaxıstan kapitalı ilə 90 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 48 şirkət çoxdur.
FED.az xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) bildirlib.
Eləcə də bax: Türkiyədə Azərbaycan kapitallı şirkətlərin sayı artmaqda - DAVAM EDİR
Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Qazaxıstan şirkətlərinin sayının artmasına baxmayaraq, onların ümumi kapıtalı azalıb.
"Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 18,3 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 56,4 milyon türk lirəsi təşkil edib"-deyə TOBB-dan bildirilib.
TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Qazaxıstan şirkətlərinin əksəriyyəti İstanbulda (63) qeydiyyata alınıb.
"İstanbulda qeydiyatdan keçən Qazaxıstan şirkətlərinin ümumi kapitalı 13,3 milyon türk lirəsi təşkil edib" –deyə TOBB-dan bildiriblər.
Qeyd olunub ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyədə Qazaxıstan kapitalı ilə 7 ixracat, 42 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.
Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir. (Trend)

Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Azərbaycanda işləyən şirkətlərin çoxu qazandığı pulu yenidən yatırım edir - Mikayıl Cabbarov
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Biznes qurmaq üçün nə lazımdır?
Evdə biznes qurmağın yolları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Marketinq nə demədir?
İnvestisiyanın necə cəlb etmək olar?