Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələ ilə bağlı yardım etmək istəyən vətəndaşlarımızın nəzərinə

Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələ ilə bağlı yardım etmək istəyən vətəndaşlarımızın nəzərinə®6 Fevral 2023-cü il tarixində səhər saatlarında Türkiyə Cümhuriyyətinin cənub-şərqində meydana gələrək çox ciddi dağıntı və itkilərə səbəb olan zəlzələ ilə bağlı öz dəstəyini göstərmək istəyənlərə Ziraat Bank Azərbaycanın məlumatını çatdırırıq. Belə ki, Bank baş vermiş təbii fəlakətlə bağlı Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) yardım köçürmələrinin komissiyasız icra edilməsi haqqında qərar qəbul etmişdir. Bankdan əldə edilən məlumata əsasən, təbii fəlakət nəticəsində zərər çəkənlərə yardım etmək istəyən müştərilər Bankın Mobil Bankçılıq tətbiqi, İnternet Bankçılıq platforması üzərindən və ya filiallarına yaxınlaşaraq aşağıdakı hesablara köçürmələri komissiyasız həyata keçirə bilərlər:
Hesab Adı:
T.C. İçişleri Bakanlığı Afet ve Acil Durum Yönetimi Başkanlığı
Alıcı Bank: 
T.C. ZİRAAT BANKASI A.Ş.
Alıcı Filial: 
ANKARA KAMU KURUMSAL ŞUBESİ
TL hesabı : 
TR 73 0001 0017 4555 5555 5552 04
USD hesabı : 
TR 46 0001 0017 4555 5555 5552 05
EUR hesabı:
TR 19 0001 0017 4555 5555 5552 06
Bankın SWIFT Kod № :
TCZBTR2A 
"Ziraat Bank Azərbaycan" ASC, 159 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.   / banker.az

Banklar     Tarix: 07 fevral 2023

Oxşar xəbərlər

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda


iqtisadi xeberler bank faizleri rubl mezenne emlak xeberleri en son xeberler