"Unibank" 2023-cü il üzrə maliyyə göstəricilərini açıqladı
"Unibank KB" ASC 2023-cü il üzrə maliyyə nəticələrini açıqlayıb.
Banker.az bunu bankın illik maliyyə hesabatına istinad edir.
Kommersiya bankı hesabat ili ərzində 32.93 milyon manat xalis mənfəət əldə etməklə kapital balansındakı yığılmış zərərin həcmini azaldıb. 2023-cü il ərzində bankın yığılmış zərərin həcmi 35.04 milyon manatdan 2.1 manata qədər azalıb.
Bank 2023-cü ildə faiz gəlirlərini illik müqayisədə 30 faiz artırmaqla 211.95 milyon manata, qeyri-faiz gəlirlərini 54 faiz artırmaqla 107.19 milyon manata qədər artırdığı halda, faiz xərcləri 26 faiz artaraq 71.78 milyon manata, qeyri-faiz xərcləri 10 faiz artaraq 165.13 milyon manata yüksəlib. Beləliklə, bankın illik əməliyyat mənfəəti 75.1 milyon manat təşkil edib.
Gəlirlərin öncəki illə müqayisədə yüksək artımına rəğmən, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatların həcmi yüksəlib. Bankın məqsədli ehtiyatının həcmi ötən il 33.59 milyon manat olub.
BALANS
"Unibank" ASC 2023-cü ildə aktivlərinin həcmini illik müqayisədə 10% artırmaqla 1 590.66 milyon manata yüksəldib. Akitvlərində artımı dəstəkləyən əsas amil müştərilərə verilən kreditlərin illik müqayisədə 158.15 milyon manat və ya 18% artaraq 1 047.74 milyon manata yüksəlməsidir. Bankın istehlak kreditlərinin həcmi 627.61 milyon manat, biznes kreditləri 329.4 milyon manat və ipoteka kreditləri 90.74 milyon manat olub.
Bankın aktivləri ilə paralel olaraq öhdəlikləri də illik (+9%) artaraq 1 441.83 mln. manata yüksəlib. Öhdəliklərin 1 215.89 milyon manatı müştərilərdən cəlb etdiyi depozitlər təşkil edir. Depozitlərin 941.28 mln. manatı fiziki şəxslərin və 274.61 mln. manatı hüquqi şəxslərin depozitləridir.
Cəmi kapitalın həcmi 1 yanvar 2024-cü il tarixinə 148.83 mln. manat olmaqla öncəki illə müqayisədə 31% artmış olub.



"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Marketinq nə demədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
SWIFT nədir?
Dünyanın ən zəngin idmançıları