Unibank 2024-cü ilin maliyyə nəticələrini açıqladı

Unibank 2024-cü ilin maliyyə nəticələrini açıqladıUnibank 2024-cü il ərzində müştərilərinə yüksək səviyyədə xidmət göstərməkdə davam edib.
Unibank-dan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, Bank aktiv kreditləşməni həyata keçirərək, ölkə iqtisadiyyatına öz töhfəsini verib. Ötən il ərzində "Unibank"ın ümumi kredit portfelinin həcmi 107 milyon manat artıb. Yeni strateji hədəflərində real sektorun inkişafına xüsusi yer ayıran Bankın prioritetlərinə uyğun olaraq, biznes kreditlərinin həcmi ümumi kredit portfelinin tərkibində genişlənməkdə davam edib. 2023-cü ilin analoji dövrü ilə müqayisədə biznes kreditlərinin ümumi kredit portfelində payı 31 dekabr 2024-cü il tarixinə 40 %-ə yaxınlaşıb. 
Unibank 2024-cü ilin maliyyə nəticələrini açıqladıÜmumilikdə isə biznes kredit portfeli 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 33 % artaraq, 437  milyon manata çatıb. Biznes portfelin tərkibində SME kreditlərinin payında kəskin artım qeydə alınıb. 2024-cü ilin sonuna SME portfelində 63% artım olub. Mikrokreditlərin biznes portfeldə həcmi 23%, hesabat dövründə verilmiş mikro kreditlərin həcmi isə 20 % artıb. Unibank regionlarda və ucqar kəndlərdə mikro sahibkarlara müxtəlif sektorlar üzrə kredit əlçatanlığını artırmaqla, maliyyə inklüzivliyinə və sosial-iqtisafi inkişafa töhfə verməkdədir. Ötən ilin nəticələrinə görə, mikrokreditlər üzrə portfelin 70 %-ə yaxını regionların payına düşür.  
Unibank KB ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov bildirib ki, ötən il Bank üçün əhəmiyyətli illərdən biri olub:
"İl ərzində əldə etdiyimiz maliyyə nəticələri qarşıya qoyduğumuz hədəflərə uyğundur. Həm biznes, həm də pərakəndə müştərilərimizə münasibətdə, fəaliyyətimizin və bankçılıq xidmətlərimizin ESİ (Ekoloji, Sosial və İdarəetmə) prinsiplərinə uyğunluğuna xüsusi diqqət etmişik. Bu sahədəki fəaliyyətimiz Bankın yaşıl iqtisadiyyata,  dayanıqlı maliyyə ekosisteminin dəstəklənməsinə öz töhfəsini verməyə hər zaman hazır olduğunun göstəricisidir. Ötən il Unibankın tarixində yaşıl maliyyələşmə istiqamətində iki mühüm layihəmizlə yadda qaldı. Azərbaycan bazarında ilk dəfə olaraq qabaqcıl beynəlxalq standartlara uyğun, yaşıl istiqraz kimi təsnifatlaşdırıla bilən qiymətli kağızlar buraxdıq. Bu istiqrazlar, yaşıl maliyyələşmənin inkişafına töhfə verməklə, investorlara "dayanıqlı gələcəyə" yatırım etmək imkanı yaradır. Digər bir layihəmiz isə Bakının taksi parkında ekoloji cəhətdən daha təmiz olan hibrid avtomobillərin sayının artmasına maliyyə dəstəyini nəzərdə tutan əməkdaşlıq oldu.
 Bizim üçün çox əlamətdar bir hadisə də ötən il Unibank tərəfindən azad olunmuş ərazilərimizə ilk biznes kreditinin verilməsi oldu. Bu kreditləşmə Sahibkarlığın İnkişafı Fondunun "İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək mexanizmi" çərçivəsində həyata keçirilib. Bankın uğurlu biznes layihələrindən olan Leobank layihəsi də 2024-cü ildə çoxsaylı yeniliklərə imza atıb. Bu yeniliklər sırasında Leobank-ın KOS-lar üçün rəqəmsal biznes həlləri, rəqəmsal əmanət məhsulları və xüsusi müştəri seqmenti üçün premium məhsul olan Leo Prime xüsusi yer tutur. Bu məhsullar bazara təqdim edilərək müştəri təcrübəsini yeni səviyyəyə qaldırdı. İndi isə böyük hədəflərlə dolu 2025-2026-cı illər strateji dövrünə qədəm qoyuruq. Qarşıda bizi həm yeni fürsətlər, həm də çağırışlar gözləyir".
2024-cü il bu hədəflərin bir hissəsi olan nağdsız dövriyyənin ciddi artımı ilə də yadda qalıb. İlin sonuna nağdsız əməliyyatların həcmi 39 % artaraq,  12,3 milyard manata keçib. Unibank kartları üzrə nağdsız əməliyyatların sayı isə 2023-cü ilin sonu ilə müqayisədə 44 % artaraq, 361,5 milyonu ötüb. 
2024-cü ilin sonuna "Unibank"ın depozit portfeli 1,2 milyard manatdan çox olub. Ayrıca müddətli depozitlərin həcmində 15 milyon manatlıq artım qeydə alınıb.   
Hesabat dövründə əsas maliyyə göstəricilərində yüksəlmə qeydə alınıb. Dövr ərzində Bankın məcmu gəlirləri 35 milyon manat artıb. Bununla da ötən  ilin sonuna faiz və qeyri-faiz gəlirlərinin cəmi 355 milyon manat təşkil edib. Unibank 2024-cü ili 20,4 milyon manat xalis mənfəətlə başa vurub. Bankın əməliyyat mənfəəti isə 63 milyon manat  olub. 
Dövr ərzində Bankın kapital mövqeyi də xeyli güclənib. Məcmu kapital əvvəlki illə müqayisədə 10 %-dən çox artaraq, 177 milyon manata çatıb. 2024-cü il ərzində Bank kapital adekvatlığını yüksəldib. Belə ki, ilin sonuna bankın kapital adekvatlıq əmsalı artaraq, 13,09  % təşkil edib. Hesabat dövrünün sonuna bankın aktivləri də 11% çoxalaraq, 1 milyard 759 milyon manat olub. / marja.az

Banklar     Tarix: 15 yanvar 2025

Oxşar xəbərlər

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"


iqtisadi xeberler depozit faizleri telefonla pul qazanmaq online pul qazanmaq investisiya