Unibank ADA və UNEC tələbələri üçün dayanıqlı maliyyə seminarları təşkil edib
Unibank tərəfindən universitet tələbələri üçün "Bankçılıqda Dayanıqlılıq: Risklər, Gəlirlilik və Sosial məsuliyyət" mövzusunda maarifləndirici seminarlar təşkil edilib. "Unibank"ın Dayanıqlılıq üzrə meneceri Səmra Talışinskaya-Abbasova tərəfindən ADA və UNEC tələbələri üçün keçirilən tədbirlərdə ümumilikdə 50-dən çox tələbə iştirak edib.
Seminarlarda dayanıqlı maliyyə ilə bağlı əsas anlayışlar, iqlim dəyişikliyi və ölkəmizin iqlim gündəliyi, qlobal və lokal kontekstdə dayanıqlı maliyyənin inkişaf perspektivləri, bank sektorunun bu sahədə rolu haqqında geniş məlumat verilib. Eyni zamanda dayanıqlı iqtisadi inkişaf və iqlim dəyişmələri ilə mübarizədə bankların müstəsna rolu, dayanıqlı maliyyənin banklar üçün gətirdiyi yeni reallıq və gələcək trendlər, ESG (Ətraf mühit, Sosial məsuliyyət və Korporativ idarəetmə) prinsiplərinin bankçılıq fəaliyyətinə inteqrasiyası və bu istiqamətdə beynəlxalq trendlər müzakirə olunub.
Seminarların sonunda tələbələrin sualları cavablandırılıb və iştirakçılara sertifikatlar təqdim edilib.
Unibank üçün dayanıqlı maliyyə üzrə məlumatlılığın artırılması uzunmüddətli dövrdə bankın strateji dayanıqlılıq vizyonunun əsas istiqamətlərindən birini təşkil edir. Bu cür maarifləndirici təşəbbüslər, eyni zamanda, "Unibank"ın məsuliyyətli korporativ təşkilat olaraq ölkənin davamlı inkişaf hədəflərinə töhfəsidir.
Unibank-Sənin Bankın!


/ banker.az

AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Dünyanın ən varlı 10 müğənnisi
Whatsapp biznesin üstünlükləri nələrdir?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
"Coca-Cola" haqqında 5 maraqlı fakt