Unibank Bakıda keçiriləcək paracüdo üzrə Dünya Çempionatının dəstəkçisidir
®Unibank noyabrın 8-10-da Bakıda keçiriləсək paracüdo üzrə Dünya Çempionatının əsas tərəfdaşlarından biridir. Ölkəmizdə ilk dəfə keçirilən paracüdo idman növü üzrə dünya çempionatında 45 ölkədən 250 idmançının iştirakı gözlənilir. Bu beynəlxalq tədbir "Paris 2024" XVII Yay Paralimpiya Oyunlarına ən çox reytinq xalları qazandıran yarışlardandır və bu səbəbdən çempionata maraq çox böyükdür.
Unibank 2018-ci ildən bu yana Milli Paralimpiya Komitəsi ilə əməkdaşlıq edir. Bank Azərbaycan bank sektorunda ən böyük Korporativ Sosial Məsuliyyət layihələrdən birinə imza ataraq, 4 il ərzində Güllə atıcılığı üzrə milli paralimpiya komandasının əsas dəstəkçisi olub. Bu müddət ərzində Bank Güllə atıcılığı üzrə milli paralimpiya komandasının yerli və beynəlxalq oyunlarda rəsmi tərəfdaşı kimi komandanın inkişafına dəstək verib. Bundan başqa Unibank paracüdo üzrə "IBSA Judo Grand Prix Baku 2021" tədbirinin də əsas tərəfdaşlarından biri olub.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. 30 illik fəaliyyəti dövründə Bank uğurlu kommersiya fəaliyyətinə və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Unibank-Sənin Bankın! / banker.az

Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Expressbank Bərdədə 300 ağac əkib
Kino biletləri də ABB mobile tətbiqində
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İban nədir?
Marketinq nə demədir?
IBAN nədir?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?