Unibank nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb edib

Unibank nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb edib®Unibank beynəlxalq maliyyə əməkdaşlığını genişləndirərək Almaniyanın nüfuzlu maliyyə institutu olan AKA Ausfuhrkredit-Gesellschaft mbH ilə tərəfdaşlığa başlayıb. Bu tərəfdaşlıq çərçivəsində AKA Bank "Unibank"a 1 illik müddətə 5 milyon avro məbləğində kredit xətti ayırıb. Bu əməliyyatda "Unibank"ın məsləhətçisi kimi Quantum International çıxış edib.
Kredit vəsaitləri yerli şirkətlərin beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsi, ixracyönlü fəaliyyətin dəstəklənməsi, yerli sahibkarlığın inkişafı və bankın ümumi ticarət əməliyyatlarının gücləndirilməsi məqsədilə istifadə olunacaq. AKA Bank ilə bu tərəfdaşlıq çərçivəsində Unibank öz müştərilərinə daha rəqabətli və əlçatan maliyyələşmə imkanları təqdim edəcək.
Unibank KB İdarə Heyətinin sədri Fərid Abuşov bildirib: "AKA Bank ilə əməkdaşlığımız "Unibank"ın beynəlxalq maliyyə institutları ilə strateji tərəfdaşlıqlarının uğurlu nümunəsidir və bankımız üçün əhəmiyyətli strateji önəm daşıyır. Bu razılaşma bankımızın beynəlxalq səviyyədə etibarlılığını göstərməklə yanaşı, yerli sahibkarların ixrac potensialına dəstəyimizi də ifadə edir. Məqsədimiz Azərbaycan şirkətlərinin yeni bazarlara çıxışını asanlaşdırmaq və sahibkarlığın inkişafına töhfə verməkdir. AKA Bank ilə bu ilk addımın uzunmüddətli əməkdaşlığa çevriləcəyinə inanırıq. Bu əməliyyatın reallaşmasında bizə dəstək göstərən Quantum International-a təşəkkür edirik."
AKA Bank-ın CEO-su Mark Vengrzik əlavə edib:  "Unibank ilə əməkdaşlığımız bizim üçün strateji addımdır. Azərbaycan kimi inkişaf edən və perspektivli bir bazara daxil olmaqdan və bu prosesi Unibank kimi çevik və yerli bazara bağlı bir tərəfdaşla həyata keçirməkdən məmnunuq."
Unibank KB haqqında:
"Unibank" KB ASC Azərbaycanın aparıcı kommersiya banklarından biridir. 33 ilə yaxın fəaliyyət dövründə Bank həm fiziki şəxslərə, həm də korporativ müştərilərə geniş çeşiddə bank xidmətləri göstərir. Unibank rəqəmsal bankçılıq və sahibkarlığın dəstəklənməsi sahəsində həyata keçirdiyi layihələrlə tanınır. Bank beynəlxalq tərəfdaşlıqlara açıqdır və xarici maliyyə institutları ilə əməkdaşlıq edərək yerli biznes üçün yeni maliyyə imkanları yaradır.
Quantum International haqqında:
Quantum International investisiya idarəçiliyi və maliyyə məsləhətçiliyi üzrə fəaliyyət göstərən şirkətdir. Şirkət həm fərdi sərmayəçilərlə, həm də beynəlxalq şirkətlər, dövlət investisiya fondları, birbaşa sərmayə fondları və yüksək riskli investisiya fondları ilə əməkdaşlıq edir və müxtəlif sahələr üzrə beynəlxalq səviyyədə fəaliyyət göstərir. Quantum International bu razılaşmada maliyyə mexanizminin hazırlanması, danışıqlar prosesinə dəstək və beynəlxalq normalara uyğun icra mərhələsinin əlaqələndirilməsi funksiyalarını yerinə yetirib.
AKA Bank haqqında:
Frankfurtda (Almaniya) yerləşən AKA Ausfuhrkredit-Gesellschaft mbH 1952-ci ildən fəaliyyət göstərir, ixrac maliyyələşdirilməsi və risklərin idarə olunması üzrə ixtisaslaşıb. AKA Bank bankların və şirkətlərin xarici bazarlara maliyyə çıxışını dəstəkləyir və 70-dən çox ölkədə fəaliyyət göstərir. Son illərdə AKA Almaniyadan kənarda fəaliyyət sahəsini genişləndirərək, Avropa İxrac Kredit Agentlikləri ilə əməkdaşlığını gücləndirib və beynəlxalq bazarlarda iştirakını artırıb. / banker.az

Banklar     Tarix: 12 may 2025

Oxşar xəbərlər

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri


iqtisadi xeberler biznes ideyalari bitcoin qiymeti telefonla pul qazanmaq online pul qazanmaq