Unibank "Yaşıl İnvestisiya Prinsipləri"nə qoşulub
®Unibank, dayanıqlı maliyyənin təşviqi və məsuliyyətli bankçılıq prinsiplərinin tətbiqi sahəsində növbəti addımını ataraq, Yaşıl İnvestisiya Prinsipləri (Green Investment Principles – GIP) təşəbbüsünə üzv olub.
GIP – maliyyə institutlarının ətraf mühit, sosial və idarəetmə (ESİ) amillərinin qərarvermə proseslərinə inteqrasiya etməsini təşviq edən beynəlxalq platformadır. Unibank bu üzvlüklə dayanıqlı inkişafa dəstək vermək və yaşıl maliyyə sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək öhdəliyini bir daha nümayiş etdirir.
Unibank KB İdarə Heyətinin sədri Fərid Abuşov bu barədə bildirib: "Yaşıl İnvestisiya Prinsiplərinə qoşulmağımız, "Unibank"ın dayanıqlı maliyyə və məsuliyyətli bankçılığa sadiqliyinin göstəricisidir. Maliyyə sektorunun iqlim və ekoloji çağırışların həllində mühüm rol oynadığına inanırıq və bu istiqamətdə beynəlxalq əməkdaşlığa töhfə vermək dayanıqlılıq yanaşmamızın bir hissəsidir."
GIP üzvü olaraq Unibank aşağıdakı istiqamətlər üzrə fəaliyyətini gücləndirəcək:
ESİ meyarlarının investisiya və kredit siyasətinə daxil edilməsi;
Dayanıqlılıq üzrə şəffaf hesabatlılığın təmin olunması;
Yaşıl maliyyə təşəbbüslərinin təşviqi üçün tərəfdaşlarla əməkdaşlıq.
Yaşıl İnvestisiya Prinsipləri maliyyə institutlarına dayanıqlı inkişaf məqsədlərini dəstəkləmək və dayanıqlı iqtisadiyyatın formalaşdırılmasına töhfə vermək üçün çərçivə təqdim edir. "Unibank"ın bu təşəbbüsə üzvlüyü, dayanıqlılığın bankın biznes strategiyasına inteqrasiya edilməsi istiqamətində atılmış proaktiv bir addımdır.
Unibank- Sənin Bankın! / banker.az

"Kapital Bank"ın işçi sayı 6 minə yaxınlaşıb
"Yelo Bank"da çalışanların sayı açıqlandı
Enerji xərclərinizi "Unibank"la azaldın
"Bitcoin" yenidən 78 min dollara yaxınlaşıb - SON QİYMƏT
"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA
TuranBank "Azərbaycanda aparıcı tərəfdaş bank" nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib
Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq
Mərkəzi Bankda yeni struktur yaradılıb, rəhbər təyin edildi
Mcdonalds françayzinqi neçiyədir?
1000 manatla hansı biznesi qurmaq olar?
Biznes planı necə yazmaq lazımdır?
İnvestisiyanın necə cəlb etmək olar?
SWIFT nədir?