"Unibank"ın biznes kredit portfelində ciddi artım qeydə alınıb

2023-cü ilin 9 ayı ərzində (yanvar-sentyabr) "Unibank"ın biznes kredit portfelində ciddi artım qeydə alınıb.
Marja.az Banka istinadən xəbər verir ki, İlin ilk doqquz ayı ərzində Unibank biznes kreditləşməsini xeyli artıraraq, ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib.
Bankın biznes kredit portfeli ötən ilin uyğun dövrü ilə müqayisədə 16 % artaraq 323 milyon manata yaxın olub. Bu dövrdə bankı seçən biznes sahiblərinin sayı ümumilikdə 28 % artıb.  Aktiv Mikro, KOS və İri müştərilərin sayındakı artım isə ötən ilin üçüncü rübünün sonu ilə müqayisədə 36 % təşkil edib.
Biznes müştərilərinin "Unibank"ı seçməsinin əsas səbəblərindən biri də bankda əksər məhsul və xidmətlərin rəqəmsal olaraq təqdim olunmasıdır. Hazırda bütün biznes kreditlərinin ayrılması ilə bağlı qərarların 60%-i avtomatlaşdırılmış sistem vasitəsilə verilir.
Biznes üzrə digər göstəricilərdə də xüsusi artımlar var. Belə ki, hüquqi şəxs və fərdi sahibkarların hesablaşma kassa əməliyyatları üzrə 16.4 % artım qeydə alınıb. Sahibkar sayı 27.6  %-i ötüb. Hüquqi şəxs və fərdi sahibkar olan aktiv müştəri sayı üzrə artım 18.8  % olub. 2022-cü ilin üçüncü rübü ilə müqayisədə, bu ilin üçüncü rübündə korporativ müştərilər üzrə hesablarda qalıq və depozitlər üzrə artım 56.4  %-ə çatıb. 
Ümumilikdə isə korporativ müştərilər üzrə kredit satışında artım 29.58  %-dən çox olub. Hüquqi şəxs və fərdi sahibkarlar üzrə işlək kredit portfelinin artımı isə 29.13 %-ə çatıb. 
Ayrıca mikro kreditlər portfeli də ciddi artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə mikrokredit portfeli 35 %  artaraq, 163 milyon manatı ötüb. Mikrokredit məhsullarının ölkə üzrə mikro sahibkarlara rahat əlçatanlığı,  sürətli kreditin verilməsi və digər üstünlüklər "Unibank"ı seçən mikro müştərilərinin sayının artmasına təkan verib.  
"Unibank"ın kiçik və mikro sahibkarlar üçün istifadəyə verdiyi avtomatlaşdırılmış kredit sistemi sahibkarların işini xeyli asanlaşdırdığından, üçüncü rüb ərzində ayrılan mikrokreditlərin böyük hissəsi  avtomatlaşdırılmış formada həyata keçirilib. Verilən kreditlərin 99%-i planşet üsulu ilə rəsmiləşdirilib. Planşetlərdə tətbiq olunan skorinq sistemi sahibkarların kredit almasını dəfələrlə asanlaşdırıb. Scorinqin vasitəsilə bank əməkdaşı rəqəmləri planşetə əlavə etməklə, müştərini avtomatik analiz edərək ona ayrılacaq kreditin məbləğini və şərtlərini anında təyin edə bilir.  
Bankın kredit məhsulları ilə yanaşı depozit şərtlərinin sərfəli olması və sahibkarların banka yüksək etibarlılığı, hüquqi şəxslərin depozit qoyuluşu ilə bağlı müraciətlərinin də artmasına təkan verib. 9 ay ərzində hüquqi şəxslərin depozitləri 27,4 milyon manata yaxın, yaxud 12,5 % artaraq 245 milyon 726 min manata çatıb.

Banklar     Tarix: 30 oktyabr 2023

Oxşar xəbərlər

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri


iqtisadi xeberler bank faizleri dollar məzənnəsi birbank biznes krediti