Vaşinqtonun yeni tarifləri Azərbaycana necə təsir edəcək?

Vaşinqtonun yeni tarifləri Azərbaycana necə təsir edəcək?ABŞ Prezidenti Donald Tramp dünya ölkələrinə qarşılıqlı tariflərlə bağlı Fərman imzalayıb.  Tariflərin tətbiq olunduğu ölkələr arasında Azərbaycan da var. Ölkəmiz üçün minimal 10 % həcmində gömrük rüsumu müəyyən edilib. Bəs Vaşinqtonun yeni tarifləri Azərbaycana necə təsir edəcək?
Deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bu suala aydınlıq gətirib: 
Vaşinqtonun yeni tarifləri Azərbaycana necə təsir edəcək?"Azərbaycan ilə ABŞ arasında ticarət dövriyyəsinin son illər artmasına rəğmən ölkəmiz okeanın o biri tərəfindən daha çox mal idxal edir. Belə ki, 2024-cü ildə Azərbaycanda ABŞ-dan 1 milyard 617 milyon dollarlıq mal idxal edib və həmin müddətdə Birləşmiş Ştatlara ixracatımız cəmi 135 milyon 30 min dollar olub. Bu o deməkdir ki, xarici ticarətdə Birləşmiş Ştatlar ilə 1 milyard 482 milyon dollarlıq mənfi saldoya malikik.
Bütün bunlar ilə yanaşı, ötən il əvvəlki il ilə müqayisədə ABŞ-dan idxalımız 1.8, Birləşmiş Ştatlara ixracatımız isə 8.4 dəfə artıb. Yəni, ixracatımızın az olmasına baxmayaraq artım dinamikası çox yüksəkdir. Bu iş adamlarımız üçün ABŞ-in yeni ixrac destinasiyasına çevrilməsi anlamına gəlir.
Təbii ki, yeni tariflər daha çox qeyri neft-qaz ixrac məhsullarına təsir göstərir. 2024-cü ildə qeyri neft-qaz məhsulları üzrə ABŞ-a ixracatımız 134 milyon 663 min dollar olub. Azərbaycan mənşəli qeyri neft-qaz məhsulları üzrə isə 55 milyon 949 min dollarlıq ixrac qeydə alınıb. 2024-cü ildə qeyri neft-qaz məhsulları üzrə ümumi ixracatımızın 3 milyard 356 milyon dollar, Azərbaycan mənşəli qeyri neft-qaz məhsulları üzrə ümumi ixracatın isə 2 milyard 883 milyon dollar olduğunu nəzərə alsaq Birləşmiş Ştatlar ilə bu sahədə əməkdaşlığımız heç də yüksək paya malik deyil.
Həmçinin oxu
Tramp Azərbaycana 10 faiz vergi tətbiq etdi
Vaşinqtonun yeni tarifləri Azərbaycana necə təsir edəcək?Birləşmiş Ştatlara qeyri neft-qaz məhsulları ixracatımıza gəldikdə isə, 2024-cü ildə dünyanın ən güclü iqtisadiyyatına malik ölkəsinə 6 milyon 508 min dollarlıq polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr, 593 min dollarlıq heyvanların bağırsaqları, kisəcikləri və mədələri, təzə, soyudulmuş, dondurulmuş məhsullar, 410 min dollarlıq tropik və digər meyvələrin şirələri, 279 min dollarlıq nərə balıqlarının kürüsü, 242 min dollarlıq saflaşdırılmamış, əla növ birinci sıxma zeytun yağı, 177 min dollarlıq meyvələrdən cemlər, meyvə jelesi və mürəbbələr, meyvə püreləri və pastaları və digər məhsulları ixrac etmişik.
Göründüyü kimi, Azərbaycanın Birləşmiş Ştatlara qeyri neft-qaz ixracatı böyük məbləğdə olmasa da belə, mal qrupları üzrə şaxələnib. Deməli, Vaşinqtonun tarifləri Azərbaycanın ABŞ-a ixracata ciddi təsir göstərməsə də ümumi artım dinamikasına təsir edə bilər. Sözsüz, bütün hallarda yeni tarif yeni xərc deməkdir. Yəni, Birləşmiş Ştatlara ümumi ixracatımızdakı artım faizinin azalacağı istisna deyil. Eyni zamanda, Birləşmiş Ştatlara göndərdiyimiz məhsullar daha çox spesifik olduğu üçün 10 faizlik tarif həmin məhsulların bazardakı mövqeyinə təsir göstərməyə bilər.  Amma bütün hallarda, yeni tariflər dünya iqtisadiyyatında yeni mərhələnin başlanması demək olacaq". / marja.az

Maliyyə     Tarix: 03 aprel 2025

Oxşar xəbərlər

Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək

Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək. Bu, Milli Məclisin mayın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq Gömrük Məcəlləsinə təklif edilən yeni – 220.3-cü maddədə əksini tapıb. Layihəyə əsasən, malları

Vətəndaşların diqqətinə: bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır

Ölkəyə gətirilməsi qadağan olunan və ya xüsusi icazə əsasında idxalına yol verilən məhsulların poçt rabitəsi xidmətləri vasitəsilə sifarişi və ya göndərilməsi zamanı qanunvericiliyin tələblərinə ciddi əməl edilməlidir. İnformasiy

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb

2026-cı ilin yanvar-may ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 7 milyard 825,3 milyon manatdan çox vergi daxil olub ki, bu da proqnoza nisbətən 130,3 milyon manat çoxdur

Gürcüstandan Azərbaycana avtomobil ixracı azalıb

Bu ilin I rübündə Azərbaycan Gürcüstandan 29,8 milyon ABŞ dolları dəyərində 919 ədəd minik avtomobili idxal edib. Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalında yayımlanıb. Ötən ilin eyni dövr

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

"Azərlotereya" 2025-ci il üzrə maliyyə hesabatını açıqladı

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC 2025-cü il üzrə maliyyə hesabatını təqdim edib. Şirkət 2025-ci il hesabat dövrünə aid 100.7 milyon vergi ödəyib. Bu məbləğdə


iqtisadi xeberler bitcoin 1000 manatla biznes bitcoin qiymeti internetden pul qazanmaq