Vergi Xidmətinin rəhbərliyi "Caspian Energy Club"da - SAHİBKARLARLA GÖRÜŞÜB

Vergi Xidmətinin rəhbərliyi Dövlət Vergi Xidməti (DVX) sahibkarları Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərlə bağlı məlumatlandırıb, eləcə də onlarla bu sahədəki mövcud problemləri müzakirə edib.
FED.az xəbər verir ki, noyabrın 2-də Dövlət Vergi Xidmətinin və "Caspian Energy Club"un birgə təşkilatçılığı ilə B2G forumu keçirilib.
120-dən çox nümayəndənin iştirak etdiyi tədbirdə DVX-nin rəhbər vəzifəli şəxsləri növbəti il üçün Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərin əsas istiqamətləri barədə sahibkarları məlumatlandırıblar. "Caspian Energy Club"un İdarə Heyətinin sədri Telman Əliyev forumun biznes qarşısında duran məsələlərin müzakirəsi baxımından faydalı olduğunu qeyd edib, klub üzvlərinin vergi qanunvericiliyi ilə bağlı müəyyən məsələlər üzrə DVX rəhbərliyindən şərhlər almaq istədiyini diqqətə çatdırıb.
Görüşdə çıxış edən DVX-nin rəis müavini Samirə Musayeva bildirib ki, vergi qanunvericiliyində son dövrlərdə edilmiş dəyişikliklər ölkədə aparılan iqtisadi islahatlara uyğun olaraq tərtib edilib.
O bildirib ki, dəyişikliklərin mühüm hissəsi məhz sahibkarların ictimai birlikləri ilə keçirilən görüşlərdə, eyni zamanda yazılı müraciətlərdə bildirilən təkliflər nəzərə alınmaqla edilib.
S.Musayeva onu da qeyd edib ki, dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi nəticəsində biznes şəffaflaşma çağırışlarına müsbət reaksiya verir.
Bildirilib ki, hazırda ölkədə iqtisadi dövriyyənin 62 faizindən çoxu elektron qaimə-fakturalarla əhatə olunub. S.Musayeva "Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na da toxunub və qarşıdakı dövrdə bu çərçivədə həyata keçiriləcək vergi siyasətinin əsas istiqamətləri barədə məlumat verib.
DVX-nin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov növbəti il üçün Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərlə bağlı təqdimat edib. Qeyd olunub ki, dəyişikliklərin hazırlanması prosesində 2021-2022-ci illər ərzində sahibkarlarla 110-dan çox görüş keçirilib, bu görüşlərdə özəl sektordan 400-dən çox təklif alınıb.
Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər 5 istiqaməti əhatə edir. Xidmət nümaynədəsi bildirib ki, bu dəyişikliklər biznes və investisiya mühitinin yaxşılaşdırılması, vergi inzibatçılığının sadələşdirilməsi, vətəndaşların vergi yükünün aşağı salınması kimi məsələləri əhatə edir.
Forumda tədbir iştirakçılarının yeni dəyişikliklər əlaqədar, eləcə də Vergi Məcəlləsində əvvəlki illərdə edilmiş dəyişikliklər və vergi inzibatçılığı sahəsində qarşılaşdıqları məsələlərlə bağlı sualları DVX nümayəndələri tərəfindən cavablandırılıb. Tədbir zamanı səsləndirilən bir sıra təkliflər qeydə alınıb və onların dəyərləndiriləcəyi diqqətə çatdırılıb.
Qeyd edək ki, "Caspian Energy Club" dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı özündə birləşdirən, Xəzər-Qara dəniz və Baltik region dövlətləri ərazisində fəaliyyət göstərən regional təşkilatdır. Qurum 2002-ci ilin iyununda Xəzər-Qara dəniz və Baltik regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb.

Biznes     Tarix: 03 noyabr 2022

Oxşar xəbərlər

"Azərsun"un 103 milyonluq şirkəti – MMC-yə ÇEVRİLİR

"Azərsun Kağız və Karton İstehsalat Korporasiyası" ASC (VÖEN: 290107511) təşkilatı hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət MMC-yə çevrildiyini elan edib. "Azərsu

33 illik şirkətdən ikinci dəfə - 47 MİN MANAT GÖTÜRÜLÜR

"Orbita-Market" MMC (VÖEN: 160060231) nizamnamə kapitalını yenidən azaldır. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnamə kapitalı 235 min manatdan 188 min manata – yəni 47 min manat azaldılır

"Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı qeydiyyatdan keçib"

"İki ölkə arasında tranzit daşımalarında artım müşahidə olunur. 2025-ci ildə daşımaların həcmi 6,7 faiz artıb və 1,4 milyon tona çatıb. Bu ilin yanvar-iyun aylarında da 12,2 faizlik artım qeydə alınıb və həmin göstəric

"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA

Bakıda ənənəvi olaraq hər il keçirilən "Formula-1" yarışları təkcə ölkəyə gələn turistlərin və otellərdəki qonaqların sayını artırmır. "Formula 1" Azərbaycan qran-prisi kirayə mənzillərin qiymətini bahalaşdırd

Polşa Azərbaycana ticarət missiyası göndərəcək

Bu ilin noyabr ayında Polşanın biznesi nümayəndələrinin Azərbaycana ticarət missiyasının keçirilməsi planlaşdırılır. Polşa-Azərbaycan Ticarət Palatasına istinadən xəbər verir ki, nümayəndə heyətinin səfər tarixləri razılaşdırılm

AZCON Holdinq-də – YENİ TƏYİNAT

İsmət Cəfərov "AZCON Holdinq", Maliyyə planlaşdırılması və iqtisadi təhlil şöbəsinin müdiri təyin edilib. AZAL-ın Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub. xəbər verir ki, İ.Cəfərov AZCON Holdinq-də 2025-c

Bizon "13 həftə, 13 avtomobil" lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu

Azərbaycanın aparıcı içki markalarından biri olan "Bizon"un yay mövsümündə həyata keçirdiyi "13 həftə, 13 avtomobil" lotereya kampaniyası başa çatıb. xəbər verir ki, kampaniya çərçivəsində 13 həftə ərzind

Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?

Xəbər verildiyi kimi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Əmirliyi hakiminin müavini, BƏƏ-nin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanının Bakıya səfəri zamanı sentyabrın 14-də Azərbaycan prezident

Türkiyə və Makedoniya iş adamları ATİB-də bir araya gəldilər - FOTOLAR

Türkiyənin Bütün Fəal Sənayeçi İş Adamları və İş Qadınları Federasiyasının (TESİAD) İdarə heyətinin sədri Halil İbrahim Yılmaz və Makedoniya-Türkiyə Ticarət Palatası (MATTO) İdarə heyəti sədrinin müavini İmer Selmaninin başçılı


iqtisadi xeberler biznes krediti rubl mezenne online pul qazanmaq biznes qurmaq