Vətəndaşlara bank adından pul təklifi ilə fişinq mesajlar göndərilir – XƏBƏRDARLIQ
Elektron Təhlükəsizlik Xidməti vətəndaşları "Kapital Bank" ASC adından göndərilən fişinq mesajları barədə xəbərdar edib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, son günlər "Kapital Bank"ın adından veb-səhifə yaradılaraq vətəndaşlara fişinq mesajları göndərilir və pul vəsaiti təklif olunur.
"Onlardan vəd olunan məbləği əldə etmək üçün təqdim olunan saxta veb-səhifəyə bank və digər fərdi məlumatlarını daxil etmək tələb edilir. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə vədlərə etimad etməməyi, şübhəli keçidlərə daxil olmamağı tövsiyə edir. Hər hansı şirkət və ya qurum adından belə məlumatlar aldıqda öncə həmin müəssisə ilə əlaqə saxlayaraq və yaxud qurumun rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyündən əmin olmaq məsləhət görülür", - məlumatda deyilir.
Nazirliik bildirir ki, həmçinin bu kimi hallarla qarşılaşdıqda vətəndaşlardan "1654" qaynar xətti, www.cert.az saytı və ya [email protected] e-poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermək xahiş olunur. / banker.az

Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb
PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
Əvəzləşdirilməyən ƏDV məbləğlərinin mənfəət vergisi üzrə gəlirdən çıxılan xərclərə aid edilməsi: hüquqi təhlil
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib
Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb
Dünyanın ən zəngin idmançıları
Dünyanın ən bahalı restoranları
Birbank xidmətinə necə qoşulmaq olar?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?