Visa kartları üzrə premium xidmətlər dəyişir – 5 000 manatlıq dövriyyə tələbi
1 oktyabrdan Visa kartları üzrə premium xidmətlərdə yeni dövriyyə tələbləri tətbiq olunacaq
2026-cı il oktyabrın 1-dən etibarən Visa kartları üzrə bir sıra premium xidmətlərdən istifadə şərtləri yenilənir.
Banker.az-ın məlumatına görə, aylıq dövriyyəsi 500 manatdan başlayan Visa kart sahibləri üçün Azercell Roaming, Fast Track, Fast Line, DragonPass, Bakı şəhərində transfer, Costa Coffee, "Sağlam Ailə", Luca Polare və restoran imtiyazları əlçatan olaraq qalacaq.
Daha yüksək səviyyəli xidmətlərdən istifadə üçün isə aylıq dövriyyənin ən azı 5 000 manat olması tələb ediləcək.
Bu həddə çatan Visa kart sahibləri CIP, Bakı Biznes-zalı, Private Check-in, eləcə də Türkiyə və BƏƏ-də transfer xidmətlərindən yararlana biləcəklər.
Bundan əlavə, 2026-cı ilin sonunadək aylıq 5 000 manat dövriyyə şərtini yerinə yetirən Visa kart sahiblərinə CIP, Bakı Biznes-zalı və Private Check-in xidmətləri "1+1" prinsipi ilə təqdim olunacaq.
Bu isə o deməkdir ki, kart sahibi həmin xidmətlərdən özü ilə yanaşı daha bir qonaqla birlikdə istifadə edə biləcək.
Dövriyyə hesablanarkən Apple Pay və Google Pay vasitəsilə həyata keçirilən ödənişlər də nəzərə alınacaq.

"TikTok"la "Instagram"a girişdə problem yarandı
"PAŞA Bank" nizamnamə kapitalını artırmağa hazırlaşır – Səhmdarlar qərar verəcək
ABB-nin təşkilatçılığı ilə Beynəlxalq Risk Forumu keçiriləcək
Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək
Mərkəzi Banka yeni səlahiyyət verilir
"Yapı Kredi Bank Azərbaycan"ın kredit portfeli 96 milyon manat artıb – Ən böyük artım biznes kreditlərindədir
Startup nədir və necə olur?
Elon Musk kimdir?
Dünyanın ən bahalı restoranları
5 liderlik göstəricisi
Ən bahalı otellər hansılardır?