Visa və Mastercard yeni Agentic Payments Alliance alyansına qoşulub
Visa, Mastercard, Fiserv, Circle, Solana və Remitly süni intellekt əsaslı kommersiyanın inkişaf istiqamətlərini formalaşdırmaq üçün yaradılan Agentic Payments Alliance (APA) alyansına qoşulublar.
Alyans steyblkoin platforması Rain-in təşəbbüsü ilə yaradılıb. Məqsəd sürətlə böyüyən agent kommersiya sektorunda şirkətlər arasında əməkdaşlığı təmin etməkdir. McKinsey-nin proqnozuna görə, 2030-cu ilə qədər qlobal agent kommersiyanın həcmi 3–5 trilyon dollara çata bilər.
APA ayrıca bir şirkətin nəzarətində olmayacaq. Alyans təsisçi üzvlər tərəfindən birgə idarə edilən işçi koalisiya kimi fəaliyyət göstərəcək. Hazırda üzvlərin sayı 25-i ötür və onlar alyansın nizamnaməsini, məqsədlərini və fəaliyyət istiqamətlərini birlikdə müəyyənləşdirəcəklər.
İlkin mərhələdə alyansın birgə araşdırmalar və çərçivə sənədləri hazırlaması, süni intellekt agentlərinin identifikasiyası və səlahiyyətləndirilməsi üçün formalaşan standartları sınaqdan keçirməsi, həmçinin agent kommersiyanın yaratdığı tənzimləyici məsələlər üzrə mövqe formalaşdırması gözlənilir.
"Heç bir şirkət agentlərin insanların adından necə əməliyyat aparacağına təkbaşına qərar verməməlidir. Bu qaydalar ödəniş infrastrukturunu quran platformaların, tənzimləyicilərin və agentlərin bu gün real şəraitdə necə istifadə olunduğunu ən yaxşı bilən innovatorların birgə iştirakı ilə formalaşmalıdır", — Rain-in baş direktoru Faruq Malik bildirib.
APA agent kommersiyanın gələcəyini müəyyənləşdirmək üçün şirkətlərin bir araya gəldiyi yeganə təşəbbüs deyil.
Google və Mastercard da FIDO Alliance tərəfindən agent kommersiya üçün qarşılıqlı uyğun standartların hazırlanmasına yönəlmiş təşəbbüsü dəstəkləyən iri şirkətlər sırasındadır. Google öz açıq protokolunu bu təşəbbüsə təqdim edib, Mastercard isə Verifiable Intent adlı etimad qatını təmin edir.

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Bitcoin nədir?
SWIFT nədir?
ZARA-nın uğur hekayəsi
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Elon Musk kimdir?