VTB (Azərbaycan) 2026-cı ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqladı
VTB (Azərbaycan) ASC 2026-cı ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabata əsasən, bankın aktivləri ilin əvvəlindən 6% artaraq 323,97 milyon manata çatıb. Bankın xalis mənfəəti isə 1,73 milyon manat təşkil edib.
Məlumata görə, kredit portfelinin ümumi həcmi 254 milyon manatı ötüb. Birinci rübdə biznes kreditləri portfeli 72 milyon manatı keçərək ilin əvvəlindən 7,3% artım nümayiş etdirib. Pərakəndə kredit portfeli isə 6% yüksələrək 117,63 milyon manata çatıb.
Bankın depozit portfeli də artım göstərib. 2026-cı ilin ilk üç ayı ərzində depozitlərin ümumi həcmi 7%-lik artımla 108,64 milyon manata yüksəlib. Hesabat dövründə hüquqi şəxslərin yığımları 15%, fiziki şəxslərin depozitləri isə 4% artıb.
Hesabatda bildirilir ki, bankın məcmu kapitalı 102,3 milyon manatı keçib ki, bu da Azərbaycan Mərkəzi Bankının minimal tələbindən 52,3 milyon manat çoxdur. / banker.az

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Cash Back nədir?
IBAN nədir?
ƏDV geri al və onun üstünlükləri
Proqramçılar üçün TOP-5 Freelance sayt