VTB (Azərbaycan) SİMA İmza ilə fərdi bə biznes krediti rəsmiləşdirməyə başlayan ilk bankdı

VTB (Azərbaycan) SİMA İmza ilə fərdi bə biznes krediti rəsmiləşdirməyə başlayan ilk bankdı®VTB (Azərbaycan) pərakəndə müştərilər üçün nağd kreditlərin və biznes üçün mikrokreditlərin SİMA İmza gücləndirilmiş rəqəmsal imza ilə tam məsafədən rəsmiləşdirilməsinə başlayıb.
Xidmətdən istifadə etmək üçün həm yeni, həm də mövcud müştərilər, VTB (Azərbaycan)-ın rəsmi saytında nağd pul krediti və ya mikrokredit məhsulunu seçməli, ərizə doldurmalı, video identifikasiyadan keçməli, bankın qərarını gözləməli və SİMA İmza-dan istifadə etməklə sənədləri imzalamalıdır. Kredit verilmə proseduru başa çatdıqdan sonra vəsait borcalanın hesabına dərhal köçürüləcəkdir.
"Bank məhsulları xəttinin rəqəmsallaşdırılması bizim üçün ən vacib öhdəliklərdən biridir. Məsafədən xidmətlərin tətbiqi müştərilərin və bankların yükünü azaldır, vaxta və pula qənaət etməyə zəmin yaradır. SİMA İmza ilə inteqrasiya sayəsində pərakəndə və korporativ müştərilərimiz özlərinə uyğun olan və istənilən vaxt kredit əldə edə bilərlər. Eyni zamanda, kredit müraciəti prosesi tamamilə təhlükəsizdir. Bu gün biz bütün seqmentlərdə müştərilərin yüksək maliyyə aktivliyini qeyd edirik. İlin 9 ayının sonunda əhaliyə verilən pərakəndə kreditlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz, sahibkarlıq subyektlərinə isə 23 faiz artıb. Biz gözləyirik ki, mövsümi amil və qarşıdan gələn yeni ili nəzərə almaqla bu tendensiya ilin sonuna qədər davam edəcək və yeni kredit imkanları göstəricilərimizi artırmağa imkan verəcək", – deyə VTB (Azərbaycan) bankının idarə heyətinin sədri İqor Okayev bildirib.
VTB (Azərbaycan)-da SİMA İmza-dan istifadə etməklə siz 3 aydan 59 aya qədər 300-40 min manat arası istehlak krediti əldə edə bilərsiniz. SİMA İmza ilə müraciət etdikdə 1 faiz bəndinə qədər güzəşt tətbiq olunur. Sahibkarlara isə 36 ayadək 15 min manatadək mikrokredit verilir.
Kreditin rəsmiləşdirilməsi ilə bağlı ətraflı məlumatı bankın www.vtb.az/ru internet səhifəsindən və ya 986 nömrəli əlaqə mərkəzinə zəng etməklə əldə etmək olar. SİMA İmza rəqəmsal imzanın əldə edilməsi və istifadəsi ilə bağlı məlumatı www.sima.az internet saytından və ya 157 nömrəsindən öyrənə bilərsiniz.
Məlumat üçün: 
SİMA İmza – bulud, açıq açar və üztanıma texnologiyalarına əsaslanan yeni nəsil gücləndirilmiş rəqəmsal imzadır. Mobil tətbiq əsaslı SİMA İmza əlavə vasitələrə ehtiyac olmadan, istənilən yerdən və istənilən zaman daha rahat şəkildə elektron xidmətlər əldə etməyə imkan verir. SİMA İmza Azərbaycan Respublikasının vətəndaşları, habelə fərdi sahibkarları tərəfindən istifadə olunur. Hüquqi olaraq əl imzasına bərabər tutulan SİMA İmza üztanıma texnologiyasına əsaslandığı üçün bir şəxsin SİMA İmzası ilə başqa bir şəxsin imza etməsi mümkünsüzdür. SİMA İmza Azərbaycan Respublikasının "Elektron imza və elektron sənəd haqqında", "Biometrik informasiya haqqında" qanunlarına və Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" qərarına tam uyğundur. / banker.az

Banklar     Tarix: 24 noyabr 2023

Oxşar xəbərlər

Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT )öhdəliklərinin kapitala nisbəti ilə bağlı üç hədd müəyyən edilib. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentini

"Bank Respublika" "AccessBankı" aldıqdan sonra aktivləri ₼4,5 milyarda çatacaq

"Bank Respublika" və "AccessBank"ın planlaşdırılan birləşməsindən sonra formalaşacaq bankın ümumi aktivləri 4,5 milyard manata, kredit portfeli isə 3,3 milyard manata çatacaq. bankın məlumatına istinadə

Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Xalq Bank və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb

AMB maliyyə qruplarına da nəzarət edəcək

Azərbaycan Mərkəzi Bankının (AMB) ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarının da fəaliyyətinə nəzarət etməsi nəzərdə tutulur. xəbər verir ki, bu, "Mərkəzi Bank" haqqında qanund

"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub

"Yelo Bank" ASC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik baş verib. xəbər verir ki, bankın Müşahidə Şurasının üzvü Endryu Dmitry Pospelovski vəzifəsindən ayrılıb. Müşahidə Şurasının digər üzvü Engelhardt Thomasdır

Azərbaycandan xaricə pul köçürmələri 13% azalıb

2026-cı ilin ilk 6 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi həcmi 13% azalaraq 207,88 milyon dollara düşüb. Ötən ilin müvafiq dövründə bu göstərici 238,18 milyon dolla

Bank of Baku subordinasiya istiqrazları buraxmağa hazırlaşır – səhmdarlar növbədənkənar toplanır

"Bank of Baku" ASC subordinasiya borc öhdəlikləri kimi istiqrazların emissiyasını müzakirəyə çıxarır. xəbər verir ki, bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı 18 sentyabr 2026-cı il tarixində, saat 10:00-d

Bir 1000-dən çox gənci "Spark "26" festivalında bir araya gətirdi

Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemi olan Bir 100-dən çox gənci Azərbaycanın ilk tələbə-texnologiya festivalı – "Spark "26"da bir araya gətirib.  Festivalda texnologiya, data və süni intellek

ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı

ABB Maliyyə Qrupu ilə Özbəkistanda fəaliyyət göstərən Davr Bank kommersiya bankı arasında əqdin bağlanması prosesi uğurla tamamlanıb. ABB-yə istinadən xəbər verir ki, əqd 10 sentyabr 2026-cı il tarixində Daşkənd Fond Birjasınd


iqtisadi xeberler dollar kursu 1000 manatla biznes dollar mezenne bitkoin qiymeti