VTB (Azərbaycan) SİMA İmza ilə fərdi və biznes krediti rəsmiləşdirməyə başlayan ilk bankdır

VTB (Azərbaycan) SİMA İmza ilə fərdi və biznes krediti rəsmiləşdirməyə başlayan ilk bankdır(®) VTB (Azərbaycan) pərakəndə müştərilər üçün nağd kreditlərin və biznes üçün mikrokreditlərin SİMA İmza gücləndirilmiş rəqəmsal imza ilə tam məsafədən rəsmiləşdirilməsinə başlayıb.
Xidmətdən istifadə etmək üçün həm yeni, həm də mövcud müştərilər, VTB (Azərbaycan)-ın rəsmi saytında nağd pul krediti və ya mikrokredit məhsulunu seçməli, ərizə doldurmalı, video identifikasiyadan keçməli, bankın qərarını gözləməli və SİMA İmza-dan istifadə etməklə sənədləri imzalamalıdır. Kredit verilmə proseduru başa çatdıqdan sonra vəsait borcalanın hesabına dərhal köçürüləcəkdir.
"Bank məhsulları xəttinin rəqəmsallaşdırılması bizim üçün ən vacib öhdəliklərdən biridir. Məsafədən xidmətlərin tətbiqi müştərilərin və bankların yükünü azaldır, vaxta və pula qənaət etməyə zəmin yaradır. SİMA İmza ilə inteqrasiya sayəsində pərakəndə və korporativ müştərilərimiz özlərinə uyğun olan və istənilən vaxt kredit əldə edə bilərlər. Eyni zamanda, kredit müraciəti prosesi tamamilə təhlükəsizdir. Bu gün biz bütün seqmentlərdə müştərilərin yüksək maliyyə aktivliyini qeyd edirik. İlin 9 ayının sonunda əhaliyə verilən pərakəndə kreditlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz, sahibkarlıq subyektlərinə isə 23 faiz artıb. Biz gözləyirik ki, mövsümi amil və qarşıdan gələn yeni ili nəzərə almaqla bu tendensiya ilin sonuna qədər davam edəcək və yeni kredit imkanları göstəricilərimizi artırmağa imkan verəcək", - deyə VTB (Azərbaycan) bankının idarə heyətinin sədri İqor Okayev bildirib.
VTB (Azərbaycan)-da SİMA İmza-dan istifadə etməklə siz 3 aydan 59 aya qədər 300-40 min manat arası istehlak krediti əldə edə bilərsiniz. SİMA İmza ilə müraciət etdikdə 1 faiz bəndinə qədər güzəşt tətbiq olunur. Sahibkarlara isə 36 ayadək 15 min manatadək mikrokredit verilir.
Kreditin rəsmiləşdirilməsi ilə bağlı ətraflı məlumatı bankın www.vtb.az/ru internet səhifəsindən və ya 986 nömrəli əlaqə mərkəzinə zəng etməklə əldə etmək olar. SİMA İmza rəqəmsal imzanın əldə edilməsi və istifadəsi ilə bağlı məlumatı www.sima.az internet saytından və ya 157 nömrəsindən öyrənə bilərsiniz.
SİMA İmza – bulud, açıq açar və üztanıma texnologiyalarına əsaslanan yeni nəsil gücləndirilmiş rəqəmsal imzadır. Mobil tətbiq əsaslı SİMA İmza əlavə vasitələrə ehtiyac olmadan, istənilən yerdən və istənilən zaman daha rahat şəkildə elektron xidmətlər əldə etməyə imkan verir. SİMA İmza Azərbaycan Respublikasının vətəndaşları, habelə fərdi sahibkarları tərəfindən istifadə olunur. Hüquqi olaraq əl imzasına bərabər tutulan SİMA İmza üztanıma texnologiyasına əsaslandığı üçün bir şəxsin SİMA İmzası ilə başqa bir şəxsin imza etməsi mümkünsüzdür. SİMA İmza Azərbaycan Respublikasının "Elektron imza və elektron sənəd haqqında", "Biometrik informasiya haqqında" qanunlarına və Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" qərarına tam uyğundur. / marja.az

Banklar     Tarix: 24 noyabr 2023

Oxşar xəbərlər

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin


iqtisadi xeberler online pul qazanmaq en son xeberler pul qazanmaq dollar mezenne