VTB-nin 2024-2026-cı illər üçün strategiyasının əsas hədəfləri müəyyən edilib

VTB-nin 2024-2026-cı illər üçün strategiyasının əsas hədəfləri müəyyən edilibAzərbaycanda da törəmə bankı olan Rusiyanın iri maliyyə təşkilatı VTB-nin Müşahidə Şurası Bankın 2024-2026-cı illər üçün strategiyasının əsas məqsədlərini müəyyən edib. Həmçinin Strategiya və korporativ inkişaf departamentinin rəhbəri Vladimir Levykini VTB idarə heyətinin yeni üzvü seçib.
"O, yeni strategiyanın icrasına nəzarət edəcək", bankın açıqlamasında deyilir.
"VTB-nin qarşıdakı üç il üçün əsas inkişaf prioritetləri struktur dəyişikliklərinə və iqtisadiyyatda yeni investisiya dövrünə maliyyə dəstəyi, maliyyə xidmətlərinin keyfiyyətində lider mövqeləri təmin etməklə yanaşı, pərakəndə biznesin miqyasının genişləndirilməsi, eləcə də dost ölkələrlə milli valyutalarda hesablaşmaların dəfələrlə artırılması, texnoloji suverenliyin təmin edilməsi və süni intellektin yeni imkanlarından istifadə edərək qabaqcıl maliyyə məhsullarının, həmçinin rəqəmsal rubl və rəqəmsal maliyyə aktivlərinə əsaslanan xidmətlərin tətbiqi olacaq", - bankdan bildiriblər. 
Strategiyanın icrasının monitorinqinə VTB idarə heyətinin yeni üzvü nəzarət edəcək: Strategiya və korporativ inkişaf departamentinin rəhbəri vəzifəsini tutan Vladimir Levıkin seçilib. VTB-dən bildiriblər ki, kadr qərarı Rusiya Bankı tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.
Qeyd edilib ki, VTB, eləcə də Rusiyanın bütün maliyyə sektoru üçün 2023-cü il uğurlu olub: "Biz öz biznes modelimizi yenidən qurduq, fəaliyyətimizi Rusiya və dost ölkələrin bazarına yönəltdik, milli valyutalarda işlədik, yeni imkanlar yaratdıq və müştərilərimizin xarici iqtisadi fəaliyyətini təmin etmək üçün xidmətlər göstərdik. Bu ilin sonuna bankın mənfəəti rekord məbləğdə 430 milyard rubla çatacaq". 
Bundan əlavə, Müşahidə Şurası VTB-nin biznes planını və 2024-cü il üçün maliyyə-iqtisadi planını, VTB-nin 2024-cü il üçün investisiya proqramını və digər sənədləri təsdiqləyib.
VTB-nin top menecmenti 2024-cü ilin birinci rübünün əvvəlində yeni strategiya təqdim etməyi planlaşdırır.
Bundan əvvəl, VTB Bankda birinci müavin Dmitri Pyanov növbəti üç illik dövr üçün planlarından danışaraq, qrupun 2025-ci il üçün dividendlər ödəyə biləcəyini deyib. / marja.az

Banklar     Tarix: 20 dekabr 2023

Oxşar xəbərlər

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini


iqtisadi xeberler valyuta mezennesi bitkoin almaq emlak xeberleri dollar mezenne