VTB Rusiyada tibbi turizmin inkişafına dair layihəyə start verir

VTB Rusiyada tibbi turizmin inkişafına dair layihəyə start verir®VTB MDB və digər dövlətlərdən Rusiyada müalicə olunması üçün yeni layihəyə start verib. Layihənin həyata keçirilməsini "VTB Səhiyyə" təşkil edəcək və pasiyentlərə tibbi xidmətlərin tam dövrünü əhatə edən kompleks dəstək göstərəcək: həkim və klinikaların seçilməsindən tutmuş nəqliyyat və yaşayış məsələlərinin həllinə qədər. Bankın qiymətləndirməsinə görə, bu layihənin potensial auditoriyası hər il ən azı 1 milyon nəfər təşkil edə bilər.
"VTB Səhiyyə" klinika seçimi, qiymət hesablaması, qəbul üçün qeydiyyat, sənədlərin tərcüməsi, sığorta və klinikada pasiyentin müşayiət olunması daxil olmaqla, geniş spektrli xidmətlər təklif edəcək.
İyunun sonunadək pilot layihəyə ilk partnyor klinikalar – həm özəl şəbəkələr, həm də ödənişli əsaslarla fəaliyyət göstərən dövlət müəssisələri – qoşulacaq. Tibbi müəssisənin seçilməsi üçün ilkin müraciətləri "VTB Səhiyyə"nin rəsmi saytı və Rusiya Səhiyyə Nazirliyinin dəstəyi ilə yaradılmış Russiamedtravel.ru informasiya portalı vasitəsilə etmək mümkün olacaq.
VTB-nin prezidentinin müavini – idarə heyəti sədrinin birinci müavini Georgi Qorşkov bildirib:
"Rusiya həkimləri uzun illərdir ki, dünya miqyasında tanınmış mütəxəssislərdir və buna görə də xaricdən gələn pasiyentlərin sayı artmaqdadır. Tibbi turizm iqtisadiyyatın mühüm sahəsidir və biz bu sahəni fəal şəkildə dəstəkləməyə hazırıq. Məhz buna görə də yeni şirkət – "VTB Səhiyyə"ni yaratmışıq. Biz ölkənin bütün regionlarında fəaliyyət göstəririk, sosial müdafiə sahəsində geniş partnyor şəbəkəmiz var, eyni zamanda beynəlxalq ödənişlərin həyata keçirilməsini öz üzərimizə götürürük ki, bu da bu gün xarici vətəndaşlar üçün əsas maneələrdən biridir. Əminəm ki, bu layihə Rusiyada tibbi turizmin əsas drayverinə çevriləcək."
"Biz MDB ölkələrində apardığımız tədqiqatlar nəticəsində müəyyən etdik ki, insanların yüksək keyfiyyətli və operativ tibbi xidmətlərə böyük ehtiyacı var, lakin yerli səhiyyə bu tələbatı tam ödəyə bilmir. MDB vətəndaşlarının 90%-i Rusiyanın tibbinə etibar etdiyini bildirib. Məhz bu səbəbdən Qazaxıstan, Özbəkistan, Tacikistan, Belarus, Azərbaycan və digər ölkələrin vətəndaşlarına müraciət anından müalicə nəticəsinin əldə edilməsinə qədər tam dəstək təklif edirik," – deyə "VTB Səhiyyə"nin baş direktoru Sergey Neçayev bildirib.
Hər il 1 milyondan çox MDB vətəndaşı Rusiyada tibbi yardım alır. Analitik şirkət IQVIA-nın məlumatına görə, bu rəqəmin təxminən 130 min nəfəri sırf tibbi turizm məqsədilə Rusiyaya gələn pasiyentlərdir və onların orta xərci (əmək miqrantları nəzərə almadan) təxminən 630 ABŞ dolları təşkil edir. "VTB Səhiyyə"nin qiymətləndirməsinə əsasən, 2030-cu ilə qədər MDB ölkələrindən Rusiyaya tibbi turizm bazarının həcmi pasiyentlərin sayına görə iki dəfə, əsas sahələr üzrə isə (neyrocərrahiyyə, oftalmologiya, ümumi cərrahiyyə, travmatologiya və ortopediya, kardiologiya və damar cərrahiyyəsi) pul ifadəsində 3 dəfədən çox arta bilər. / banker.az

Banklar     Tarix: 13 may 2025

Oxşar xəbərlər

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri


iqtisadi xeberler biznes ideyalari bitcoin qiymeti telefonla pul qazanmaq online pul qazanmaq