WhatsApp iPhone üçün mesaj tərcümə funksiyasını istifadəyə verdi
Dünyanın ən populyar mesajlaşma platformalarından biri olan WhatsApp, bir müddətdir Android versiyasında mövcud olan mesaj tərcümə xüsusiyyətini artıq iPhone istifadəçiləri üçün də aktiv edib.
Marja xəbər verir ki, yeni funksiya sayəsində istifadəçilər fərqli dillərdə gələn mesajları birbaşa tətbiqdaxili şəkildə tərcümə edə bilirlər. iPhone-da bu funksiya üçün mesajın üzərinə uzun basmaq, "Daha çox…" bölməsinə keçmək və menyudan "Tərcümə et" seçimini seçmək kifayətdir.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Tərcümə üçün lazım olan dil paketləri birbaşa WhatsApp vasitəsilə endirilir, beləliklə istifadəçilərin tətbiqdən çıxmasına ehtiyac qalmır. Funksiya həm fərdi yazışmalarda, həm də qrup və kanal söhbətlərində aktivdir.
Android-də əlavə olaraq "avtomatik tərcümə" rejimi də mövcuddur — bu seçim aktiv olduqda gələcək bütün mesajlar avtomatik olaraq tərcümə edilir.
WhatsApp şirkəti bildirib ki, tərcümə prosesi tam məxfilik prinsiplərinə əsaslanaraq cihaz üzərində həyata keçirilir. Funksiya hazırda iPhone-da 19-dan çox dili, Android-də isə İngilis, İspan, Hind, Portuqal, Rus və Ərəb dillərini dəstəkləyir. Şirkət dəstəklənən dillərin sayının zamanla artırılacağını açıqlayıb. / marja.az

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Cash Back nədir?
Yatırım olmadan necə biznes qurmaq olar?
Birbank xidmətinə necə qoşulmaq olar?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Startup nədir və necə olur?