Xalq Bank investisiya xidmətlərinin həyata keçirilməsinə lisenziya alan ilk bank oldu
Azərbaycan Respublikasının Mərkəzi Bankının 7 may 2025-ci il tarixli İXB-01 saylı Lisenziyasına əsasən, ASC "Xalq" Bankı ölkədə investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə icazə verilən ilk bank statusunu qazanıb.
Bankın yaydığı məlumatda bildirilir ki, bu mühüm addım ölkənin bank sektorunda yeni bir mərhələnin başlanğıcını qoyur: "Bu lisenziya Xalq Banka geniş spektrli maliyyə xidmətləri təqdim etmək imkanı verərək bankın bazardakı mövqeyini daha da gücləndirəcək və fəaliyyətini yeni mərhələyə daşıyacaq. Bununla da müştərilərinə kapital bazarlarında geniş imkanlar açan Xalq Bank onlara qiymətli kağızlarla əməliyyatların aparılması və digər kapital bazarı xidmətlərini bank vasitəsilə həyata keçirmək imkanı qazandıracaq. Səhm və istiqrazlarla əməliyyatların Bankın XalqOnline mobil tətbiqi vasitəsilə rahatlıqla icrası mümkündür".
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Xalq Bankın İdarə Heyətinin sədri, Baş icraçı direktor Kamran Məcidov bildirir:
"Xalq Bank üçün bu lisenziyanın əldə edilməsi, onun strateji inkişafında mühüm bir mərhələni təmsil edir. Biz müştərilərimizə çeşidli və innovativ bank xidmətləri ilə yanaşı, həm də peşəkar investisiya həlləri təklif edəcəyik. Məqsədimiz – kapital bazarının inkişafına dəstək olmaqla yanaşı, fiziki və hüquqi şəxslərin investisiya imkanlarını genişləndirməkdir. Bu fəaliyyətimiz müştərilərimizə kompleks və etibarlı maliyyə həlləri təklif etməyə imkan verməklə yanaşı, eyni zamanda ölkənin investisiya bazarlarının inkişafına töhfə verəcəkdir."
Ötən il 20 illiyini qeyd edən və hazırda regionun ən dinamik inkişaf edən və etibarlı maliyyə institutlarından biri olan Xalq Bank müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdan ibarət xidmət şəbəkəsi və peşəkar heyəti ilə fərdi və korporativ müştərilərə müasir və rahat bankçılıq xidmətləri təklif edir. Xalq Bank aktivlərinin, kredit və depozit portfelləri həcminə görə Azərbaycanın ən böyük özəl banklarının üçlüyündədir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar. / marja.az

"Kapital Bank"ın işçi sayı 6 minə yaxınlaşıb
Enerji xərclərinizi "Unibank"la azaldın
"Kapital Bank"ın səhmdarlarının sturkturunda dəyişiklik olub
"Bitcoin" yenidən 78 min dollara yaxınlaşıb - SON QİYMƏT
"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA
Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib
Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq
Mərkəzi Bankda yeni struktur yaradılıb, rəhbər təyin edildi
Mcdonalds françayzinqi neçiyədir?
1000 manatla hansı biznesi qurmaq olar?
Biznes planı necə yazmaq lazımdır?
İnvestisiyanın necə cəlb etmək olar?
SWIFT nədir?