Xalq Bank yenilənmiş Fərdi bankçılıq ofisini istifadəyə verdi
27 dekabr tarixində 20 illik yubileyini qeyd edən Xalq Bank, müştərilərinə daha yüksək keyfiyyət və fərdi yanaşmaya əsaslanan xidmət təcrübəsi təqdim etmək məqsədilə yenilənmiş Fərdi bankçılıq ofisinin açılışını həyata keçirib.
Bu, Bankın yüksək müştəri məmnuniyyətini təmin etmək istiqamətində atdığı növbəti mühüm addımdır.
"Müştərilərimizin rahatlığı və yüksək səviyyəli bank xidmətlərindən yararlanması bizim üçün hər zaman prioritetdir. Bu ofis, premium xidmət standartları ilə müştəri ehtiyaclarına xüsusi diqqət yetirərək onların rahatlığı və peşəkar xidmətlə təmin edilmələrini ön planda tutur. Məqsədimiz fərdi yanaşma və müasir xidmətlərlə müştərilərimizin gözləntilərini qarşılamaq, onlara eksklüziv bank xidmətləri təqdim etməkdir." - Xalq Bankın İdarə Heyətinin sədri, Baş icraçı direktor Kamran Məcidov bildirib.
Ofisin konsepsiyasında rahatlıq və eksklüzivliyin bir araya gətirilməsinə maksimum diqqət yetirilmişdir. Burada müştərilərin rahatlığı üçün zövqlə dizayn edilmiş və müasir texnologiyalarla təchiz olunmuş xüsusi xidmət otaqları və zallar mövcuddur. Ofis bank xidmətlərinin təqdim edilməsi, özəl bank meneceri ilə işgüzar müzakirələr aparmaq üçün lazımi şəraitlə təmin edilib.
Fərdi bankçılıq ofisində müştərilərin ehtiyaclarına uyğunlaşdırılmış maliyyə həlləri və peşəkar məsləhətlər, əmanət, plastik kart, kredit və digər məhsullar, hesablaşma-kassa əməliyyatları, valyuta mübadiləsi kimi əməliyyatlar da daxil olmaqla bütün növ fərdi bank xidmətləri təklif olunur.
Fərdi bankçılıq ofisi Bankın Bakı şəhəri, İnşaatçılar prospekti 22L ünvanında yerləşən Baş ofis inzibati binasında həftə içi 5 gün saat 9:00-dan 18:00-dək xidmət göstərəcək.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.



.jpg)
/ marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Fond birjası nədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Bill Qeyts kimdir?
Biznes təlimlər və tədris üsulları