XalqKartda 5% keşbeklə "Məktəbə qayıdış"
®Xalq Bank yeni tədris ilinə hazırlığı XalqKart sahibləri üçün daha sərfəli edən xüsusi kampaniya təqdim edir. 1–30 sentyabr 2026-cı il tarixlərini əhatə edən "Məktəbə qayıdış" kampaniyası çərçivəsində XalqKart ilə 5 kateqoriya üzrə alış-veriş edən müştərilər 5 % keşbek və ya bonus qazanacaqlar.
Kampaniya çərçivəsində kitab və dəftərxana ləvazimatları, kompüter və digər elektronika məhsulları, gül və hədiyyə, həmçinin şirniyyat mağazalarında XalqKart Petrol ilə edilən alış-verişlərə 5 % Oil bonusu, XalqKart Cashback ilə həyata keçirilən ödənişlərə isə 5 % keşbek hesablanacaq.
Qeyd edək ki, XalqKart Petrol kartı ilə müştərilər həm ölkə daxilində, həm də xaricində apardıqları nağdsız ödənişlər zamanı 3 % bonus qazanaraq topladıqları Oilləri ölkənin ən geniş Azpetrol YDM şəbəkəsində yanacağa dəyişə bilərlər. XalqKart Cashback kartı isə nağdsız əməliyyatlardan 2 % keşbek qazandırır. Əlavə olaraq, hər 2 kartın təqdim etdiyi üstünlüklər aşağıdakılardır:
AZN qalığına illik 7 % gəlir;
ölkədaxili bütün kartlara aylıq 3000 AZN-dək komissiyasız köçürmə;
aylıq 1000 AZN-dək komissiyasız nağdlaşdırma.
Qeyd edək ki, hər bir kart üzrə müştəri aylıq 300 AZN məbləğinədək keşbek qazana bilər.
Hazırda davam edən kampaniya çərçivəsində XalqKart müştərilərə pulsuz təqdim edilir. XalqKartı Bankın filiallarında, yaxud səhifəsinə keçid edərək onlayn sifariş etmək mümkündür.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar. / banker.az

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Bitcoin nədir?
SWIFT nədir?
ZARA-nın uğur hekayəsi
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Elon Musk kimdir?