"Xəmsə" birlik yarışında Kapital Bank iki layihə ilə qalib oldu 

 Hər il ənənəvi olaraq PAŞA Qrup şirkətlərinin əməkdaşlarının sinerjisini gücləndirmək və korporativ dəyərlərə sadiqliyini təşviq etmək məqsədilə keçirilən "Xəmsə" birlik yarışının qala gecəsi baş tutdu. PAŞA Holdinq və Kapital Bank-ın təşkilatçılığı ilə keçirilən bu müsabiqə PAŞA Holdinq və onun strateji aktivlərində icra olunan layihələrin beş əsas korporativ dəyərə – "Dürüstlük", "Sahibkarlıq ruhu", "Keyfiyyət", "Əməkdaşlıq" və "Gəlirliliyə" uyğunluğunu və onlara verdiyi töhfəni müəyyən edən ən böyük korporativ yarışmadır.
30 Oktyabr 2025-ci il tarixində keçirilən qala gecəsinin açılış nitqi PAŞA Holdinq-in Baş İcraçı direktoru Cəlal Qasımov tərəfindən edildi.
Builki yarışmada Kapital Bank iki layihə ilə qalibiyyət əldə etdi. Belə ki, işəgötürən brendi olaraq böyük nüfuza sahib olan şirkət həm "Əməkdaşlıq" dəyəri üzrə  əməkdaşların daxili kommunikasiyası üçün bütün imkanlara sahib olan "360 İntranet Portal" layihəsi, həm də "Keyfiyyət" dəyəri üzrə "Müştəri Şikayətlərinin İdarə olunmasında İnnovativ Transformasiya" layihəsi ilə mükafat qazandı. Qrupdaxili səsvermənin yekun nəticələrinə əsasən builki "Xəmsə" bilik yarışının qalibləri arasında PAŞA Bank iki, PAŞA Sığorta iki, PAŞA Həyat Sığorta isə bir layihə ilə yer aldılar.
Tədbirin ən yaddaqalan məqamlarından biri isə Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynovun "Gəlirlilik" dəyəri üzrə qalibləri elan edərkən səsləndirdiyi fikir oldu: "Gəlirlilik hər bir CEO-nun ən sevimli sözüdür. Amma bütün dəyərlərimiz – "Dürüstlük", "Sahibkarlıq ruhu", "Keyfiyyət", "Əməkdaşlıq" və "Gəlirlilik" – bir arada olanda hər şey tamamlanır. Elə bu gün burada bir arada olmaq, enerjimizi paylaşmaq və uğurlarımızı qeyd etmək də bunun ən gözəl nümunəsidir".
Qeyd edək ki, ötən il həyata keçirilən layihələrlə "Xəmsə" birlik yarışına müraciət edən komandaları PAŞA Holdinq və strategi aktivlərin rəhbər şəxslərinin də iştirak etdiyi münsiflər heyəti qarşısında təqdim ediblər. Bütün bu təqdimatlardan sonra qrup daxilində keçirilən açıq səsvermə nəticəsində ən çox səs toplayan layihələr qalib elan edilib.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – , Birbank kartı sifarişi üçün – . / banker.az

Banklar     Tarix: 31 oktyabr 2025

Oxşar xəbərlər

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi


iqtisadi xeberler leobank kart bitkoin almaq valyuta xeberleri 1000 manatla biznes