Xidmәt sәviyyәsinin yaxşı və ya aşağı olduğu sığorta şirkətləri açıqlandı - ŞİKAYƏT İNDEKSİ
Mərkəzi Bank tərəfindən yanvar ayının sonunadək əldə edilmiş məlumatlar əsasında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə "şikayət indeksi" açıqlanıb.
Marja xəbər verir ki, İndeksə görə, "AtaSığorta" ASC, "Günay Sığorta" ASC və "Atəşgah Sığorta" ASC ən çox şikayət edilən (xidmәt sәviyyәsinin aşağı olduğu) şirkətlərədir. "Naxçıvansığorta" ASC, "Paşa Sığorta" ASC və "Qala Sığorta" ASC xidmət səviyyəsinin yaxşı olduğu şirkətlərdir.
"Şikayət indeksi" ilə bağlı daha ətraflı məlumatı aşağıdakı cədvəldən əldə etmək olar.
İndeksdə qeyd edilib ki, "AZSIĞORTA" ASC-nin könüllü müraciәti әsasında avto-icbari sığorta növünün aparılması üzrә verilәn icazәnin lәğv edilmәsi yolu ilә lisenziyasının qüvvәsi 11 sentyabr 2022-ci il tarixindәn mәhdudlaşdırılmışdır. Hazırda avto-icbari sığorta üzrә mövcud müqavilәlәrin hüquqi qüvvәsi davam etdiyindәn Şirkәt baş verәcәk sığorta hadisәlәrinin tәnzimlәnmәsini davam etdirir. Bu sәbәbdәn mövcud müqavilәlәr qüvvәsindә qaldığı müddәtdә Şirkәt üzrә şikayәt indeksinin hesablanması aparılacaqdır.
"Naxçıvansığorta" ASC üzrә indeks Naxçıvan Muxtar Respublikasının rayonlarına aid olan nәqliyyat vasitәlәrinә münasibәtdә daxil olan şikayәtlәr әsasında hesablanmışdır.
"İpək Yolu Sığorta" ASC-nin könüllü müraciәti әsasında avto-icbari sığorta növünün aparılması üzrә verilәn icazәnin lәğv edilmәsi yolu ilә lisenziyasının qüvvәsi 24 yanvar 2023-cü il tarixindәn mәhdudlaşdırılmışdır. Hazırda avto-icbari sığorta üzrә mövcud müqavilәlәrin hüquqi qüvvәsi davam etdiyindәn Şirkәt baş verәcәk sığorta hadisәlәrinin tәnzimlәnmәsini davam etdirir. Bu sәbәbdәn mövcud müqavilәlәr qüvvәsindә qaldığı müddәtdә Şirkәt üzrә şikayәt indeksinin hesablanması aparılacaqdır.
Şikayət indeksinin izahı: İndeksin 1.00-dәn aşağı olması hәmin portfel üzrә xidmәt sәviyyәsinin digәr şirkәtlәrlә nisbәtdә yaxşı olduğunu, lakin 1.00-i üstәlәmәsi xidmәt sәviyyәsinin digәr şirkәtlәrә nәzәrәn aşağı olduğunu göstәrir.
Şikayət indeksi = Şikayətlər üzrə bazar payı bölünsün bağlanan müqavilələr üzrə bazar payı.
/ marja.az

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Biznes nədir və hansı növləri var?
ZARA-nın uğur hekayəsi
IMEI kod nədir?
5 liderlik göstəricisi
Hazır bizneslərdə ən çox edilən 5 səhv