"Yapı Kredi Azərbaycan" 2024-cü ildə 12.4 mln. manat xalis mənfəət əldə edib
"Yapı Kredi Azərbaycan" ASC 2024-cü ili 72.07 mln. manat cəmi gəlirə qarşı 12.38 mln. manat xalis mənfəət əldə edib.
Banker.az şirkətin illik maliyyə hesabatına istinadən xəbər verir ki, keçən il ərzində Türkiyə kapitallı bank 46.44 milyon manat faiz gəliri əldə edib. Faiz gəlirləri illik müqayisədə 30 faiz artıb.
Bank faiz xərclərinə hesabat müddətində 6.61 mln. manat (illik müqayisə: 2.7 dəfə artım), qeyri-faiz gəlirləri 25.63 mln. manat (+11 faiz) və qeyri-faiz xərcləri 45.68 mln. manat (+13 faiz) olub.
Beləliklə, "Yapı Kredi Azərbaycan"ın bütün gəlirləri və xərcləri xərcindən sonra 12.37 milyon manat xalis mənfəəti qalıb. Xalis mənfəət öncəki ildə 12 mln. manat olmuşdu.
Bununla da, 1 yanvar 2025-ci il tarixinə bankın balansında 49.56 milyon manat bölüşdürülməmiş mənfəət var.
Bankın cəmi aktivləri illik müqayisədə 42 faiz artımla 730.36 milyon manata, öhdəlikləri isə 69 faiz artımla 620.42 milyon manata, cəmi kapitalı isə 12 faiz artımla 109.95 mln. manata qədər yüksəlib.

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Fond birjası nədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Bill Qeyts kimdir?
Biznes təlimlər və tədris üsulları