Yapı Kredi Bank Azərbaycan: İdarə Heyətinin Sədri tərəfindən Təbrik mesajı; 25 ilin Təcrübəsi ilə Dayanıqlı İnkişaf Yolu
®Hörmətli müştərilərimiz, dəyərli əməkdaşlarımız və dəyərli tərəfdaşlarımız,
2000-ci ildən etibarən fəaliyyət göstərən Yapı Kredi Bank Azərbaycan bu il 25 illik yubileyini qeyd edir. Bu müddət ərzində etibarlılıq, peşəkarlıq və innovasiyalara açıqlıq prinsipləri ilə ölkəmizin bank sektorunda önəmli bir mövqe əldə etmişik. Bu nailiyyətlərdə müştərilərimizin və əməkdaşlarımızın töhfəsi böyükdür.
Əsas səhmdarımız Yapı Kredi A.Ş.-nin dəstəyi ilə müştərilərimizə 8 filial, 1 şöbə, 24/7 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet və Mobil Bankçılıq məhsullarımız vasitəsilə daim yenilikçi həllər təqdim etməyə davam edirik.
Türkiyə bazarında mübahisəsiz lider mövqeyini qoruyan kredit kartı olan Worldcard-ı ölkəmizdə 2012-ci ildən etibarən təqdim etməyimizlə fəxr edirik.
Bununla yanaşı, 2014-cü il tarixində çoxfunksiyalı İnternet və Mobil Bankçılıq platformamız müştərilərimizin maliyyə əməliyyatlarını daha rahat və sürətli yerinə yetirmələri üçün istifadəyə verilmişdir
Həmçinin, Mobil Bankçılıq xidmətimizə "Asan İmza" texnologiyasını ilk dəfə inteqrasiya edərək müasir texnologiyanın üstünlüklərini müştərilərimizə təqdim etmişik.
Son 25 il ərzində qeyri-neft sektorunun kreditləşməsinə verdiyimiz diqqət ilə yüzlərlə müəssisəni dəstəkləmişik və iri infrastruktur layihələrinin maliyyələşdirilməklə Azərbaycan iqtisadiyyatının inkişafına töhfə vermişik. İşğaldan azad edilmiş torpaqların bərpası istiqamətində maliyyə həllərimizi genişləndirərək həmin bölgələrdə iqtisadi fəallığın artırılmasına dəstək olmağa davam edirik.
Əsas səhmdarımız, Türkiyənin ən böyük holdinqlərindən biri olan Koç Holdinqin sahib olduğu Yapı Kredi A.Ş.-nin qabaqcıl təcrübəsini ölkəmizə gətirərək müştərilərimizə daha sadə və innovativ həllər təqdim edirik və rəqəmsal transformasiya sahəsində inkişafımızı davam etdirməyi planlaşdırırıq.
Dayanıqlılıq prinsipləri Yapı Kredi Bank Azərbaycan üçün fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Bankımız, ölkədə ISO 14001:2015 və ISO 14064 sertifikatlarını əldə edən ilk bank olmuşdur.
Yapı Kredi Bank Azərbaycan İngiltərənin nüfuzlu Global Banking and Finance Review jurnalı tərəfindən "Ən Etibarlı Bank 2018" mükafatına layiq görülmüşdür. Bu mükafat bankımızın yüksək xidmət standartlarının və müştəri məmnuniyyətinin bir göstəricisidir.
25 illik uğurlu fəaliyyətimiz bizi gələcəyə daha inamla addımlamağa ruhlandırır, Yapı Kredi Bank Azərbaycan olaraq Azərbaycan dövlətinin dayanıqlı inkişaf strateqiyasına, bankımızın innovasiya və sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq müştərilərin etimadını doğrultmağa davam edəcəyik.
Hörmətlə,
Cenk Yüksel
İdarə Heyətinin Sədri / banker.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Fond birjası nədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Bill Qeyts kimdir?
Biznes təlimlər və tədris üsulları