Yapı Kredi Bank Azərbaycan yeni "Premium Mastercard World Elite" kartını təqdim edir

Yapı Kredi Bank Azərbaycan yeni ®Yapı Kredi Bank Azərbaycan müştərilərinə premium imtiyazları və xüsusi bankçılıq təcrübəsini bir araya gətirən yeni Premium Mastercard World Elite kartını təqdim edir. Yeni kart səyahət zamanı rahatlıq və üstün xidmətlərdən yararlanmaq istəyən müştərilər üçün geniş imkanlar təqdim edir.
Premium Mastercard World Elite kartı ilə kart sahibləri Heydər Əliyev Beynəlxalq Hava Limanında ildə 6 dəfə Premium Travel Access xidmətindən və hava limanı transferindən 6 dəfə ödənişsiz yararlana bilərlər. Bununla yanaşı, xarici hava limanlarında limitsiz Lounge və Fast Track xidmətlərindən ödənişsiz istifadə etmək mümkündür.
Kartın təqdim etdiyi imkanlar səyahət zamanı hava limanı xidmətləri ilə məhdudlaşmır. Kart sahibləri 3 GB rouminq internet paketindən, səyahət sığortasından, həmçinin xaricdə alış-verişlər zamanı Mastercard Travel Rewards proqramı ilə seçilmiş tərəfdaşlarda təqdim olunan xüsusi təklif imkanlarından da yararlana bilərlər. 
Yeni Premium Mastercard World Elite kartı Yapı Kredi Bank Azərbaycanın müştərilərinə gündəlik bankçılıq imkanları ilə yanaşı, səyahət zamanı rahatlığı və premium xidmətləri bir arada təqdim edən xüsusi bankçılıq təcrübəsindən yararlanmaq imkanı verir.
Premium Mastercard World Elite kartı və təqdim etdiyi üstünlüklər haqqında ətraflı məlumat üçün Yapı Kredi Bank Azərbaycanın rəsmi internet səhifəsinə keçid edə bilərsiniz.
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan Yapı Kredi Bank Azərbaycan QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.
Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.yapikredi.com.az saytından, *0444 Telefon Mərkəzindən və ya bankın "Instagram", "Facebook", "LinkedIn" ,"Telegram" və "WhatsApp" sosial platformalarındakı rəsmi hesablarından əldə edə bilərsiniz. / banker.az

Banklar     Tarix: 28 sentyabr 2026

Oxşar xəbərlər

"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı

Azərbaycan Mərkəzi Bankı (AMB) "HERMES Bank olmayan kredit təşkilatı" MMC-yə lisenziya verib. Azərbaycanın lizinq bazarının qabaqcıl şirkətlərindən olan "Hermes Finance" ASC bununla fəaliyyətini bank olmaya

Mərkəzi Bankın keçmiş əsas binası Maliyyə Nazirliyinin istifadəsinə verilib

Azərbaycan Mərkəzi Bankının (AMB) keçmiş əsas inzibati binası Maliyyə Nazirliyinin istifadəsinə verilib. xəbər verir ki, söhbət paytaxtın Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən binadan gedir. Binada Maliyyə Nazirliyini

Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi

Azərikard Mastercard-la birgə hazırladığı, süni intellektə əsaslanan yeni davranış skorinqi həllini təqdim edib. Həll ödəniş əməliyyatlarının təhlili vasitəsilə maliyyə institutları üçün əlavə analitik göstəriciləri üzə çıxarı

Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçilib

Birbank-ın premium bankçılıq xidməti olan Birbank Private PWM/The Banker Global Private Banking Awards 2026 mükafatı çərçivəsində "Best Private Bank in Azerbaijan" (Azərbaycanın ən yaxşı özəl bankı) adına layi

"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub

Ölkənin aparıcı biznes qruplarından biri olan PAŞA Holding və onun törəmə şirkətləri PAŞA Bank və Kapital Bank Azərbaycanın zəngin mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirilə

Bank risk götürmədən böyüyə bilməz - MÜSAHİBƏ

Bankın Risk departamenti dedikdə çoxları kredit müraciətlərinə "yox" deyən bölməni təsəvvür edir. Unibank KB ASC-nin Risklərin idarə edilməsi departamentinin direktoru İlkin Cabbarov isə bu yanaşma ilə razı deyil

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda

Bank kartı gündəlik maliyyə əməliyyatlarını daha rahat və sürətli edən əsas ödəniş vasitələrindən biridir. Bu gün insanlar alış-veriş, kommunal ödənişlər, onlayn sifarişlər, pul köçürmələri və digər bank əməliyyatları üçü

Prezident qanunu təsdiqlədi – Mərkəzi Bank üçün nə dəyişir?

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanuna dəyişikliyi təsdiqləyib. Dəyişikliyə əsasən, Mərkəzi Bank (AMB) çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi risklərin

Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb

İpoteka və Kredit Zəmanət Fondunun, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və "AzInTelecom" MMC-nin BİRGƏ MƏLUMATI. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-c


iqtisadi xeberler biznes krediti leobank kart bitkoin kripto