"Yapı Kredi Bank Azərbaycan"ın xalis mənfəəti 2,6 dəfə artıb - BANKIN SON VƏZİYYƏTİ

"Yapı Kredi Bank Azərbaycan" QSC 2023-cü ilin ilk yarısını 3.6 milyon manat xalis mənfəətlə başa vurub.
Bankın yaydığı press-relizdə bildirilir ki, "Yapı Kredi Bank Azərbaycan"  ötən ilin eyni dövrü ilə müqayisədə 164.7 % artım (2,4 dəfə) əldə edərək, bu ilin birinci yarısını 3.6 milyon manat mənfəətlə başa vurmuşdur.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar- iyun ayları üzrə faiz gəlirləri 41.3% artaraq 17.1 milyon manat, qeyri-faiz gəlirləri 11.3% artaraq 9.3 milyon manat təşkil edib. Ümumilikdə, xalis faiz gəliri keçən ilin analoji dövrü ilə müqayisədə 42.6% artaraq 15.9 milyon manat olmuşdur.
Cari ilin ikinci rübün sonuna "Yapı Kredi Bank Azərbaycan" da QSC-də müştərilərə verilən kredit porfelinin həcmi keçən ilin sonu ilə müqayisədə 6% artmış və 251  milyon manat təşkil edib. Belə ki, istehlak kreditləri 15.1% artaraq 52 milyon manat,  daşınmaz əmlak üzrə verilən kreditlər  25.3% artaraq 28 milyon manat olmuşdur. Biznes kreditləri isə cari ilin ikinci rübündə 171 milyon manat təşkil etmişdir.
Qeyd edilib ki, "Yapı Kredi Bank Azərbaycan"  cari ilin ikinci rübündə  Azərbaycan Mərkəzi Bank tərəfindən müəyyən olunmuş prudensial normativləri lazımı səviyyədə yerinə yetirmişdir.  Belə ki, müvafiq dövrün sonuna bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 23.37%, məcmu kapitalının adekvatlıq əmsalı isə 25.73% olmuşdur. Bankın tutulmalardan sonra məcmu kapitalı 79.5 milyon manat təşkil edib. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır.
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan "Yapı Kredi Bank Azərbaycan" QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.
/ marja.az

Banklar     Tarix: 24 iyul 2023

Oxşar xəbərlər

Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: "Arzumuz var!" proqramı ilə daha 6 gənc tələbə adını qazanıb

Bir ekosistemi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi "Arzumuz var!" təqaüd proqramına dəstək verməyə davam edir. Proqramın məqsədi Bakı və bölgələrdən olan qızların al

"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®

"Yapı Kredi Bank Azərbaycan" QSC Hüquq Büro xidmətinin alımı üçün tender açıq elan edir. Tenderə müraciət edilməsi üçün şikrətlər aşağıdakı şərtlərə uyğun gəlməli və qeyd edilən sənədləri qapalı zərfdə "Yap

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Milli Depozit Mərkəzi ilk dəfə unikal bank səhmdarlarının sayını açıqlayıb. Bu barədə sorğusuna cavab olaraq qurumdan bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, hazırda 41 102 fizik

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA

"Bank Respublika" ASC və "Access Bank" QSC-nin səhmdarları "Bank Respublika"nın "Access Bank"ın səhmlərinin 100 %-ni almasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər

Azərbaycan banklarına "Moody"s"dən müsbət qiymət: Sistem riskləri azalıb

"Moody"s" Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib. "Moody"s Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib

Türk İnkişaf Bankı yaradıla bilər

Türk dövlətləri üçün ortaq İnkişaf Bankının layihəsi hazırlanıb. xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər, paytaxt Ankaradan millə

"PAŞA Bank"ın səhmdarlarının sayı 18 minə yaxınlaşıb

"PAŞA Bank"ın səhmdarlarının sayı bankın keçirdiyi ilkin kütləvi təklifdən (IPO) sonra 18 minə yaxınlaşıb. xəbər verir ki, bu barədə bankın 2026-cı ilin ilk yarısının maliyyə və biznes nəticələrinin təqdimatı zaman

Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib

Azərbaycan Mərkəzi Bankında (AMB) "Bazar davranışlarının tənzimlənməsi departamenti"nin adı dəyişdirilərək "Bazar davranışlarına nəzarət və tənzimləmə departamenti" olub. xəbər verir ki, yeni Əsasnam

Azərbaycanın turizmdən gəlirləri 21% azalıb – İlk yarımildə 748 mln. dollar

Azərbaycanın turizm xidmətləri üzrə dövriyyəsi 2026-cı ilin ilk altı ayında illik müqayisədə 14,7% azalaraq 1,4 milyard dollar təşkil edib. Buna baxmayaraq, ölkənin turizm xidmətləri üzrə gəlirləri xərclərini üstələyib v


iqtisadi xeberler pul qazanmaq dollar məzənnəsi 1000 manatla biznes kripto